Accessibility links

Bayden 1 trilyon dollarlıq infrastruktur qanununu imzalayıb


Prezident Co Bayden bazar ertəsi ABŞ-da yararsız vəziyyətə düşən yolları və körpüləri təmir edəcək, dəmir yolu xidmətini yaxşılaşdıracaq, ictimai nəqliyyatı və genişzolaqlı internet xidmətini genişləndirəcək infrastrukturun təkmilləşdirilməsi üçün trilyon dollarlıq paketi imzalayıb.

Həm Demokrat, həm də Respublikaçı Konqres qanunvericiləri, ştat qubernatorları və şəhər merləri Ağ Evin qarşısında Baydenin imzalama mərasimini izləyiblər.

Baydenin əsas qanunvericilik təkliflərindən birinə imza atması ikipartiyalı əsasda böyük bir təşəbbüsün keçməsi siyasi cəhətdən qeyri-müəyyənlik içində olan Vaşinqtonda nadir hadisədir.

Senatda qanunu təsdiqləmək üçün 19 Respublikaçı 50 Demokratın hamısına qoşulsa da, 6 Demokrat buna qarşı çıxıb. Nümayəndələr Palatasında 13 Respublikaçı isə onun lehinə səs verib.

"Demokratlar və Respublikaçılar bir araya gələrək real nəticələr verə bilərlər. Bu gün biz bunu həyata keçiririk. Amerika yenidən hərəkətə keçir" - deyə, Bayden qanunu imzalamazdan əvvəl bildirib.

Bununla belə, qanun layihəsinin qəbulu Respublikaçı qanunvericilər üçün siyasi cəhətdən təhlükəli idi, çünki bəzi Konqres liderləri Demokrat prezidentə qanunvericilikdə qələbə qazandırmağa qarşı çıxıblar, çünki onun dəstək reytinqi otuz ildir artan istehlak qiymətləri qarşısında aşağı düşüb.

Sabiq prezident Donald Tramp Ağ Evdə olarkən ölkədə yeni ictimai tikintiyə üstünlük versə də, bunu Konqresdən keçirə bilməmişdi. İndi isə o, infrastruktur xərclərinin lehinə səs verən respublikaçı qanunvericiləri hədəf alıb. O deyib ki, Baydenin qanun layihəsinə səs verən respublikaçılar “özlərindən utanmalıdırlar”.

Baydenin açıq rəqibi olan Corciyadan Respublikaçı Konqresmen Mardcori Teylor Qrin qanunvericiliyin tərəfdarı olan respublikaçıları satqın kimi səciyyələndirib və telefon nömrələrini tvitində paylaşıb.

Qanunvericiliyin bəzi əleyhdarları onu dəstəkləyən respublikaçı qanunvericiləri ölümlə hədələyib.

Bayden hökumətin 5 onillikdə amerikalılar üçün sosial təhlükəsizlik şəbəkəsini ən böyük genişləndirməsi olacaq təxminən 2 trilyon dollarlıq "insan infrastrukturu" qanunvericiliyi ilə bağlı uzun sürən müzakirələrin ortasındadır.

Nümayəndələr Palatasının bu həftənin sonunda bununla bağlı səs verməsi gözlənilir və təsdiqlənərsə, taleyinin qeyri-müəyyən olduğu Senata göndəriləcək.

Konqresin heç bir Respublikaçı qanunvericisi sosial təhlükəsizlik qanunvericiliyini dəstəkləmir, yəni Demokratlar bunu təkbaşına təsdiq etməli olacaqlar.

İnfrastruktur qanun layihəsinə yollar, körpülər və digər iri tikinti layihələri üçün 110 milyard dollar, ictimai nəqliyyatın müasirləşdirilməsi, fiziki məhdudiyyətli şəxslər və yaşlılar üçün daha əlçatan olması üçün 39 milyard dollar vəsait daxildir.

Qanunvericiliyə iqlim dəyişikliyinin və kiberhücumların fəsadlarına qarşı infrastrukturun yaxşılaşdırılması üçün 50 milyard dollar daxildir. Daha 55 milyard dollar ABŞ-ın bəzi içməli su sistemlərində hələ də istifadə edilən köhnə qurğuşun borularını əvəz edilməsinə və 65 milyard dollar genişzolaqlı internet infrastrukturu inkişaf etdirilməsinə ayrılıb.

Qanunvericilikdə torpaq və yeraltı sulardan çirklənmənin aradan qaldırılması, enerji icmalarında iş yerlərinin yaradılması və iqtisadi və ekoloji ədalətə diqqətin yönəldilməsi üçün 21 milyard dolların ayrılması nəzərdə tutulub. Elektrik şəbəkəsinin yenilənməsi və genişləndirilməsi üçün isə 73 milyard dollar xərclənəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG