Accessibility links

Təbriz və Urmiyədə havanın çirkliliyi təhlükəli səviyyəyə çatıb


İran Azərbaycanının iki ən böyük şəhəri Təbriz və Urmiyədə hava çirklənməsi bir neçə gündür “həssas qruplar üçün” təhlükəli səviyyədədir.

Şərqi Azərbaycan ətraf mühit idarəsi Təbrizdə hava çirkliliyinin yaxın zamandada “bütün yaş qrupları üçün” təhlükəli həddə çatacağına dair xəbərdarlıq verib.

Ətraf mühit idarəsinin rəsmisi Davud Qasımzadə İSNA agentliyi ilə müsahibədə havanın durğunluğu, nəqliyyat vasitələri, isitmə cihazları və Təbriz elektrik stansiyasında mazut istehlakı kimi amillərin havanın çirklənməsinə səbəb olduğunu açıqlayıb.

Bir müddətdir Şərqi Azərbaycanda qaz kvotaları tamamən ləğv edilən Təbriz və Səhənd elektrik stansiyaları hazırda sadəcə mazut istehlak edir.

İranın Səhiyyə Nazirliyinin bildirdiyinə görə, hava çirkliliyi ölkənin səhiyyə sistemini hər il 4 milyard dollardan çox xərcə salır.

Səhiyyə Nazirliyinin təmiz hava və iqlim dəyişikliyi qrupunun rəhbəri Abbas Şahsevəni bu haqda deyib ki, “bizim avtomobillərimiz dünya standartlarında deyillər, ətraf mühiti çirkləndirirlər. Zavodlarımız, kiçik ya da böyük, uyğun hava təmizləmə sisteminə sahib deyillər.”

XS
SM
MD
LG