Accessibility links

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb


Koronavirus
Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2025 yeni yoluxma faktı qeydə alınıb, 2267 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 565 965 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 105 nəfər müalicə olunaraq sağalıb, 7524 nəfər vəfat edib, aktiv xəstə sayı 30 336 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 127, ötən müddət ərzində isə ümumilikdə 5 392 281 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG