Accessibility links

Azərbaycanda son sutkada 27 nəfər koronavirusdan ölüb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2124 yeni yoluxma faktı qeydə alınıb, 2669 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 568 089 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 530 774 nəfər müalicə olunaraq sağalıb, 7551 nəfər vəfat edib, aktiv xəstə sayı 29 764 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 963, ötən müddət ərzində isə ümumilikdə 5 405 244 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG