Accessibility links

Şərqi Azərbaycan vilayətində müəllim Lətif Ruzixah 7 ay həbsə məhkum edilib


Şərqi Azərbaycan vilayəti Culfa şəhərinin İnqilab Məhkəməsi təqaüdçü müəllim və həmkarlar ittifaqı fəalı Lətif Ruzixahı 7 ay həbsə məhkum edib.

Bu haqda İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyi məlumat yayıb. Agentliyin xəbərinə görə, Ruzixah təqribən iki həftə əvvəl məhkəməyə çağırılmışdı.

Şərqi Azərbaycan vilayətində müəllimlərin həmkarlar ittifaqının idarə heyəti üzvü olan Lətif Ruzixahın “İslam Respublikası nizamına qarşı təbliğat” fəaliyyəti göstərməkdə ittiham edildiyi bildirilir.

Keçən bir neçə ay ərzində İranın müxtəlif vilayətlərində müəllimlər tərəfindən bir çox etiraz aksiyaları təşkil olunub.

Noyabr ayının 11-də müəllimlərin həmkarlar ittifaqlarının koordinasiya şurasının dəvəti ilə İranın təqribən 50 şəhərində keçirilən mitinqlərdə müəllimlər məişət şərtləri və “maaşlarının tənzimlənmə layihəsinin tətbiq edilməməsinə” etirazlarını nümayiş etdirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG