Accessibility links

Bakıda avtomobil qəzalarının yarısından çoxunda piyadalar vurulub


Bu ilin on ayı ərzində respublika ərazisində baş vermiş avtomobil qəzalarının 42 faizini, Bakı şəhəri üzrə isə 57 faizini piyadaların vurulması halları təşkil edir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir.

Mətbuat Xidməti piyadaları piyada zolaqlarından, yeraltı keçidlərdən istifadə etməyə, sürücüləri isə ehtiyatlı olmağa çağırır.

“Araşdırmalar belə hallarda qəzalarda sürücülərlə yanaşı, piyadaların da təqsirinin olduğunu deməyə əsas verir. Belə ki, bəzi piyadalar onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş piyada zolaqlarından, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmirlər. Bunun nəticəsində piyadavurma hadisələrinin çoxu məhz piyada keçidlərindən kənarda qeydə alınır,” Mətbuat Xidməti qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG