Accessibility links

Ekspert: Keyfiyyətsiz təhsilə görə kredit almağa dəyməz


Tələbə qəbulu imtahanı
Tələbə qəbulu imtahanı

Dövlətin təklif etdiyi təhsil kreditinin şərtləri nə qədər əlverişlidir?

Noyabrın 25-dən tələbə kreditləri üçün müraciətlərin qəbulu başlanıb. Bəs bu krediti götürməyə dəyərmi?

Əvvəlcə Bakı universitetlərində qarşımıza çıxan tələbələrin fikirləri ilə tanış olduq:

Dövlət, kreditin hər kəs üçün nəzərdə tutulan standart növünü 6 faiz, aztəminatlı ailələr üçün nəzərdə tutulan növünü 2 faizlə 20 illiyinə təklif edir.

Dünya Bankının təhsil layihələrində çalışmış təhsil mütəxəssisi Rəşad Əliyev isə AzadlıqRadiosuna deyir ki, əslində kredit götürəndə nəzərə alınmalı vacib məqam pulun quru diploma yox, real biliyə xərclənəməsidir. Başqa sözlə, bu krediti qaytarmaq lazım gələcək deyə, keyfiyyətsiz təhsil verən fakültələrə görə kredit yükünün altına girməyə dəyməz. O deyir ki, bir halda ki kredit təklif olunur, Təhsil Nazirliyi də gərək universitetlərdə təhsilin keyfiyyətini artırsın.

“Vətəndaş aldığı xidmət haqqında tam və mükəmməl məlumatlı olmaya bilər, yaxud rasional qərarlar və seçimlər etməyə bilər. Bu halda dövlətin, xüsusən də Təhsil Nazirliyinin üzərinə çox böyük məsuliyyət düşür. Təhsil Nazirliyi elə bir şərait yaratmalıdır ki, vətəndaş mümkün qədər düzgün qərarlar verə bilsin, məlumatsızlıq ucbatından gedib çox keyfiyyətsiz bir xidmətə görə kredit yükü altına girməsin. Bunun üçün isə ilk növbədə Təhsil Nazirliyi ölkədə keyfiyyətsiz, hətta deyərdim biabırçı təhsil verən ali təhsil müəssisələrinin və proqramların akkreditasiyadan keçirilməsi praktikasına ən qısa zamanda son qoymalıdır”.

Dövlət faiz dərəcəsini aşağı edə bilərdi

Təhlilçilərin üzərində dayandığı başqa bir məqam ondan ibarətdir ki, Avropanın bir çox ölkələrində dövlət dilində təhsil pulsuzdur, Azərbaycanda isə dövlət ali məktəblərində ödənişli yerlərin sayı, ödənişsiz yerlərin payından çoxdur.

Qərb təcrübəsində müxtəlif fondlar hətta özəl universitetlərdə təhsil haqqının ödənişi üçün yardımlar edir.

Azərbaycanda isə özəl və ya dövlət fondlarından belə yardımlar demək olar ki, yox səviyyəsindədir və dövlətin təklif etdiyi kredit demək olar ki, yeganə seçim olaraq qalır.

O ki qaldı Azərbaycanda kreditin şərtlərinin nə qədər sərfəli olmasına iqtisadi təhlilçi Rəşad Həsənov deyir ki, manatla və uzunmüddətə götürüldüyünü nəzərə alanda, nəticədə bu, o qədər də bahalı kredit sayılmaz. Belə ki, uzun müddət ərzində böyük ehtimalla manat və deməli, kredit də ucuzlaşacaq.

Başqa bir təhsil eksperti Nabatəli Qulamoğlu isə hesab edir ki, əhalinin güzaranı pisdir və dövlət sosial siyasət tədbiri kimi təhsil kreditinin faiz dərəcəsini daha da aşağı edə bilərdi. O təəssüf edir ki, insanlar uzun müddət asılı vəziyyətə düşəcəklər.

Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Təhsil Nazirliyinin məlumatına görə, bu məbləğ gələcəkdə artırıla da bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG