Accessibility links

Blinken Rusiyaya: Ukraynaya müdaxilə edilərsə, “ciddi fəsadlar” olacaq


ABŞ Dövlət Katibi Antoni Blinken cümə axşamı rus həmkarına Rusiyanın qonşu Ukraynaya müdaxiləsinin "ciddi fəsadlara" gətirib çıxaracağına dair xəbərdarlıq edib və ona Şərqi Avropa ölkələri arasında münaqişənin diplomatik yolla həllini axtarmağa çağırıb.

Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrova xəbərdarlığı iki yüksək rütbəli diplomatın Stokholmda görüşündən əvvəl və Blinkenin "keçmişdə istifadə etməkdən çəkindiyimiz bir sıra yüksək təsirli iqtisadi tədbirlər də daxil olmaqla" ABŞ-ın Rusiyanın Ukraynaya qarşı hücumuna “qətiyyətlə cavab verəcəyini” bəyan etməsindən bir gün sonra gəlib.

“Böhrandan qaçmağın ən yaxşı yolu diplomatiyadır və mən Sergeylə bunu müzakirə etməyi səbirsizliklə gözləyirəm,” Blinken Lavrovla görüşdən əvvəl media brifinqində bildirib.

Blinken deyib ki, ABŞ Rusiya və Ukraynaya keçmiş Sovet respublikasının şərq hissəsində rusiyayönlü separatçılarla Ukrayna hökumət qüvvələri arasında müharibəyə son qoymaq məqsədi daşıyan 2014-cü ildə imzalanmış sülh sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməyə kömək edəcək.

Lakin “Rusiya qarşıdurma davam etdirmək qərarına gəlsə, bunun ciddi nəticələri olacaq” – deyə, Blinken xəbərdarlıq edib.

Lavrov Moskvada jurnalistlərə deyib ki, Rusiya Ukrayna ilə danışıqlara hazırdır. “Prezident Putinin də dediyi kimi, biz heç bir münaqişə istəmirik,” o bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərlə telefon danışığı zamanı deyib ki, Ukraynanın Rusiya ilə sərhəddə “aqressiv və getdikcə intensivləşən təxribat hərəkəti” hərbi əməliyyatların alovlanması ilə bağlı narahatlıq yaradır.

"Ukraynada hərbi əməliyyatların baş vermə ehtimalı hələ də yüksək olaraq qalır," Peskov qeyd edib.

Blinkenin Lavrovla görüşündən sonra ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında bildirib ki, Blinken “ABŞ-ın Rusiyaya öz qüvvələrini geri çəkməyə və sülh dövründəki vəziyyətə qayıtmağa, Minsk razılaşmalarına və Donbasda atəşkəs rejiminə riayət etməyə çağırışını" təkrarlayıb

Yüksək səviyyəli ABŞ rəsmisi jurnalistlərə görüşün "ciddi, sağlam və işgüzar" olduğunu deyib. Rəsmi bildirib ki, danışıqlarda heç bir razılıq əldə olunmayıb, lakin tərəflər dialoqu davam etdirməyə razılaşıblar.

Blinken daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündə Rusiyanın Ukraynaya qarşı “aqressiv mövqeyi” adlandırdığı üçün narahatlığını ifadə etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG