Accessibility links

Pandemiya müqaviləsinə nail olunacaqmı?


Pandemiya müqaviləsinə nail olunacaqmı
please wait

No media source currently available

0:00 0:03:06 0:00

COVID-19-un yeni Omicron variantı ilə bağlı artan narahatlıqlar fonunda Bayden administrasiyası gələcək pandemiyalara hazırlığı və cavab tədbirləri ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının yeni beynəlxalq sazişi - pandemiya müqaviləsi hazırlamaq səylərini dəstəkləyir. Lakin ictimai səhiyyə mütəxəssisləri buna nikbinliklə yanaşmır.

Ən azı 55 ölkə omikron variantının yayılmasını gecikdirmək məqsədi ilə səyahət məhdudiyyətləri tətbiq edib.

"Dünən təsdiqlənmiş halların sayı 18 ölkədə 205 olub, bu gün səhər isə bu, 20 ölkədə 226-a yüksəlib. Məncə, bu rəqəmlərin sürətlə dəyişəcəyini gözləməməliyik" - deyə, ABŞ Prezidentinin baş tibbi müşaviri Antoni Fauçi bildirib.

Ağ Evin mətbuat katibi Cen Psaki Amerikanın Səsinə Air Force One təyyarəsində bildirib ki, ölkələr peyvəndləri gücləndirmək üçün mübarizə apararkən, Bayden administrasiyası Ümumdünya Səhiyyə Təşkilatının gələcək pandemiyaya hazırlığı və cavab tədbirləri ilə bağlı yeni beynəlxalq saziş hazırlamaq səylərini dəstəkləyir.

“Birləşmiş Ştatlar hazırlıq və cavab tədbirləri üzrə işçi qrupunun son tövsiyələrini irəli sürmək üçün üzv dövlətlərlə işləməyə sadiqdir. Buraya ÜST-ün yeni konvensiya və ya digər beynəlxalq sənəd hazırlanması və beynəlxalq sağlamlıq qaydalarının effektivliyini və çevikliyini artırmaq üçün müqavilələr bağlamaq daxildir”.

ABŞ əvvəlcə mart ayında təxminən iyirmi dünya lideri tərəfindən təklif olunan məcburi "pandemiya müqaviləsi"nin mətninə qarşı çıxmışdı.

Müqavilənin 2024-cü ilin mayında hazır olacağı gözlənilir.

“Bu prosesdən çıxan hər bir bir şeyin hazırkı mühitimizdə və mövcud pandemiya reaksiyasında hər hansı dəyişiklik etmək ehtimalı çox azdır. Biz, yəqin ki, qüvvəyə minəcək və ya minməyəcək real müqaviləyə nail olmaq üçün iki-üç illik prosesə baxırıq”, Dyuk Qlobal Səhiyyə İnnovasiya Mərkəzindən Krişna Udayakumar deyib.

Bu arada, humanitar təşkilatlar deyir ki, pandemiya müqaviləsinə Ümumdünya Ticarət Təşkilatında TRIPS imtinası kimi tanınan vaksinlərə dair patentlərdən imtina da daxil edilməlidir.

Başlanğıcda imtinaya qarşı çıxan ABŞ aprel ayında Böyük Britaniya, İsveçrə və Avropa İttifaqından fərqli olaraq onu dəstəklədiyini açıqlayıb.

Lakin bir çoxları Bayden administrasiyasının məsələyə real diplomatik dəyər verdiyinə şübhə ilə yanaşır.

“Biz ABŞ-ın qərarını dəyişməsi ilə rəhbərliyin fəallığında çatışmazlıqları müşahidə etdik ” - deyə Sərhədsiz Həkimlər Təşkilatından Yuanqion Hu bildirib.

Dyuk Universitetinin araşdırmasına görə, pandemiyadan təxminən iki il keçməsinə baxmayaraq, dünya effektiv və ədalətli cavab üçün mübarizəni davam etdirir.

Lakin 2021-ci ilin sonuna qədər hər bir ölkədə 40% peyvəndlənmə və 2022-ci ilin ortalarına qədər 70%-lik vaksinasiya göstəricilərinə nail olmaq məqsədi də daxil olmaqla, öhdəliklər əsasən yerinə yetirilməmiş qalır.

XS
SM
MD
LG