Accessibility links

Azərbaycanda son sutkada 585 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb


Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 944 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 596 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 565 521 nəfər müalicə olunaraq sağalıb, 7983 nəfər vəfat edib, aktiv xəstə sayı 23 469 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 385, ötən müddət ərzində isə ümumilikdə 5 608 158 test aparılıb.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 702 min 988, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 98 min 541, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 593 min 278 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 11 min 169 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG