Accessibility links

Azərbaycanda son sutkada 1210 nəfər koronavirusa yoluxub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1210 yeni yoluxma faktı qeydə alınıb, 1853 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 599 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 569 238 nəfər müalicə olunaraq sağalıb, 8019 nəfər vəfat edib, aktiv xəstə sayı 22 456 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 033, ötən müddət ərzində isə ümumilikdə 5 633 054 test aparılıb.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 739 min 68, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 103 min 256, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 597 min 903 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 37 min 909 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada bəndin dağıdılmasından sonra 1500-ə yaxın insan təxliyə edilib
please wait

No media source currently available

0:00 0:12:19 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG