Accessibility links

Natiq Cavadlı: Nə qədər ki, mətbuat müstəqil deyil, o heç vaxt peşəkar olmayacaq


Müstəqil jurnalist Natiq Cavadlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda fəaliyyət göstərən müstəqil jurnalistlərin vəziyyəti və peşə səviyyəsinin artırılması istiqamətində atıla biləcək addımlardan danışıb.

Natiq Cavadlı :Nə qədər ki, mətbuat müstəqil deyil o heç vaxt peşəkar olmayacaq
please wait

No media source currently available

0:00 0:04:12 0:00


Amerikanın Səsi: Müstəqil media təmsilçisi kimi Azərbaycanda peşə fəaliyyətinizdə hansısa problemlərlə üzləşirsinizmi?

Natiq Cavadlı: Artıq 25 ildir mətbuatdayam. Daim tənqidçi mediada olmuşam. Müxalif, müstəqil mediada. Həmişə də problemlə rastlaşmışam. Problemlər nədir? Biz hər hansı materalı işləyəndə rəsmi mövqe ala bilmirik. Və yaxud hər hansı aksiyada iştirak edəndə polis tərəfindən təzyiqə məruz qalırıq. Düzdür əvvəllər bu daha çox idi. İndi bir az, müəyyən qədər yumşalıb. Amma hər halda problemlər qalır və bitmir.

Amerikanın Səsi: Azərbaycanda yeni media haqqında qanun hazırlanıb. Sizcə bu hansı zərurətdən irəli gəlib?

Natiq Cavadlı: Bəli, dünya dəyişir və hər bir qanun da dəyişilməlidir. Məsələn, indi hökümət təmsilçiləri deyirlər ki, köhnə "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna 79 dəyişiklik edilib. Araşdırsaq məlum olacaq ki, 79 dəyişikliyin əksəriyyəti həmin qanunun, belə deyək də, orada jurnalistin fəaliyyəti məhdudlaşdırılıbdır. İndiki qanun da birbaşa deyirəm ki, Azərbaycan Konstitusiyasının 51-ci maddəsinə ziddir. Məsələn, 8-ci fəsli götürək, reyestr, bu, jurnalistin fəaliyyətini tamamilə məhdudlaşdırır. Və yaxud qanunun 8.2-ci maddəsində bildirilir ki, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar, əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir. Belə çıxır ki, biz göndərilən press-relizləri ancaq onların göstərdiyi şəkildə yazacağıq. Bütün hallarda, bu qanun Azərbaycan Konstitusiyasına və Azərbaycanın qoşulduğu konvensiyalarla təzad təşkil edir.

Amerikanın Səsi: Sizcə yeni qanun jurnalistlər və media üçün hansı yeniliklər gətirəcək?

Natiq Cavadlı: Təəssüf ki, bu qanun,yeniliklər deyəndə, ancaq məhdudiyyət yada düşür. Bu qanun jurnalistlərin fəaliyyətini məhdudlaşdıracaq. Söhbət azad mediadan, azad jurnalistikadan gedir. Biz müstəqil şəkildə bir daha bundan sonra hökümət rəsmilərinə zəng edib açıqlama ala bilməyəcəyik. Bizə deyəcəklər reyestrdən keçmisən ya yox. Reyestrdən keçməmisənsə biz sənə açıqlama vermirik. Mən əvvəl, 25 ildir necə fəaliyyət göstərmişəmsə yenə də fəaliyyətimi o cür davam etdirəcəm. Müstəqil jurnalist kimi öz fəaliyyətimdə qalacam.

Amerikanın Səsi: Yerli jurnalist təşkilatları media mənsublarının maraqlarını nə dərəcədə ifadə edir?

Natiq Cavadlı: Təəssüf ki, son 10-15 ildə Azərbaycanda medianın hüquqlarını, mətbuatın, jurnalistlərin hüquqlarını müdfiə edən təşkilat qalmayıb. Hamısı dağıdılıb, sıradan çıxarılıb. Mən ancaq buradan təəssüflənə bilərəm.

Amerikanın Səsi: Azərbaycanda medianın keyfiyyətinin və jurnalistlərin peşə səviyyəsinin artırılması üçün hansı addımlar gərəklidir?

Natiq Cavadlı: Peşəkarlığı artırmaq üçün ilk növbədə jurnalistə müstəqillik vermək lazımdır, onda müstəqilliyi, peşəkarlığı artıracaq. Nə qədər ki, mətbuat müstəqil deyil, o heç vaxt peşəkar olmayacaq. Bütün o treyninqlər, mətbuata göstərilən o, qayğılar, mənzillər, yazı müsabiqələri peşəkarlığı artırmır. Peşəkarlığı jurnalistin müstəqilliyi artırır.

Azərbaycan rəsmiləri ölkədə plüralizmin təmin olduğunu deyir

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir. Rəsmilər hesab edir ki, media ilə bağlı monitorinqlərə görə, son bir ildə böhtan və təhqirlə bağlı iyirmidən çox jurnalist məhkəməyə verilib. Jurnalistlərə qarşı otuzdan çox insident qeydə alınıb. Ölkənin iki jurnalisti münaqişə bölgəsində mina partlayışı nəticəsində həlak olub.

Beynəlxalq təşkilatların gözündə Azərbaycan

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində göstərlir ki, 180 ölkədən 73-də jurnalistika xeyli çətinləşib, 59 ölkədə məhdudlaşdırılıb.

Bu indeks üzrə Azərbaycan ötən ilə nisbətdə bir pillə irəliləyərək 167-ci yerdə qərarlaşıb. Lakin, yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsədədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG