Accessibility links

Milli fəal Afşar Muhib Ərdəbilin mərkəzi həbsxanasına göndərilib


Afşar Muhib
Afşar Muhib

Hüquq müdafiəçiləri Ərdəbildə fəaliyyət göstərən milli fəal Afşar Muhibin nəzarət altına alınaraq şəhərin mərkəzi həbsxanasına göndərildiyinə dair məlumat yayıblar.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Ərdəbil şəhərinin Ümumi və İnqilab Prokurorluğuna çağırılan türk fəal çərşənbə günü prokurorluğa müraciət etdiyi zaman saxlanılıb.

Afşar Muhib “İslam Respublikası nizamına qarşı və nizama müxalif olan təşkilatların xeyrinə təbliğat fəaliyyəti” göstərməkdə ittiham edilir.

Milli fəal yaxınları ilə telefon danışığında Ərdəbilin mərkəzi həbsxanasının karantin bölməsində saxlanıldığını bildirib.

Afşar Muhib daha əvvəl də fəaliyyətləri səbəbilə təhlükəsizlik qurumunun basqılarına məruz qalıb. O, keçən yanvar ayında İranın kəşfiyat idarəsinə çağrılaraq sorğu-sual edilmişdi. Həmçinin ikinci Dağlıq Qarabağ müharibəsi zamanı təhlükəsizlik qüvvələri Ərdəbildə keçirilən Azərbaycana dəstək aksiyaları ilə əlaqədar Muhibin evində axtarış aparmışdılar.

XS
SM
MD
LG