Accessibility links

Qədim Misirdə ilin ən qısa günü


Qədim Misirdə ilin ən qısa günü
please wait

No media source currently available

0:00 0:00:59 0:00

Bu, Misirin cənubundakı Luksor şəhərində yerləşən Amun-re məbədidir. İldə bir dəfə baş verən hadisənin şahidi olmaq üçün səhər tezdən yüzlərlə insan məbədə toplaşıb. Şəhər sakinləri, əcnəbi turistlər və Misir rəsmiləri günəşin məbədlə eyni müstəviyə gəldiyi vaxt qızıl günəşin ilk şüalarını izləyiblər. Bu an yalnız ilin ən qısa günü olan qış gündönümü adlanan 21 dekabrda baş verir. Nil çayının sahilində yerləşən Luksor paytaxt Qahirədən 650 kilometr məsafədə yerləşir. Luksorda Misirin ən təsirli qədim məbədləri, Kral Tutanxamun və digər fironların məzarları var.

XS
SM
MD
LG