Accessibility links

Liviya sahilində 28 miqrantın cəsədi tapılıb


Təhlükəsizlik rəsmisinin bazar günü verdiyi məlumata görə, miqrant qayığının batması nəticəsində Liviyanın qərb sahilində 28 nəfərin cəsədi tapılıb. Bu, dünyadakı ən ölümcül miqrasiya marşrutunda baş verən ən son faciədir.

“Liviya Xırmızı Aypara təşkilatının komandaları Tripolidən 90 kilometr uzaqda 28 miqrantın cəsədini aşkar edib və Əl-Alusun çimərliklərinin iki fərqli hissəsində sağ qalan üç miqrantı tapıb,” mənbə bildirib.

“Meyitlərin parçalanma vəziyyəti qayığın bir neçə gün öncə batdığına işarə edir,” o deyib və tələfatların növbəti saatlarda arta biləcəyini bildirib.

Liviya media orqanlarının sahildə cəsədlərin görüntülərini yayıb.

Onillərdir davam edən münaqişə və qanunsuzluğun viran etdiyi Liviya Avropaya çatmağa çalışan afrikalı və asiyalı miqrantların əsas çıxış nöqtəsinə çevrilib.

Miqrantlar adətən həddən artıq dolu və dəniz üçün yararlı olmayan və çox vaxt batan və ya ziyan görən qayıqlarla şimala doğru yola düşmədən öncə Liviyada dəhşətli şəraitlə üzləşirlər.

Bu ən son faicə bu həftə 160 miqrantın bənzər insident nəticəsində həyatını itirməsindən sonraya təsadüf edib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bununla da bu il ölən miqrantların dayı 1500-ə çatıb.

Təşkilat həmin müddətdə 30 miqrant ələ keçirilərək, Liviyaya geri göndərilib.

Avropa İttifaqı Avropa sahilərinə çatan miqrantların sayını azaltmaq üçün Liviya Sahil Mühafizə Xidməti ilə yaxından əməkdaşlıq edir.

Miqrantların çoxu Liviyaya qayıdandan sonra təcridxanalarda dəhşətli rəftarla üzləşirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG