Accessibility links

Kim Conq Un ordunu gücləndirməyi, koronavirusla bağlı məhdudiyyətləri davam etdirməyi vəd edib


Kim Conq Un
Kim Conq Un

Şimali Koreya dövlət mediası şənbə günü bildirib ki, ölkə lideri Kim Conq Un bu həftə önəmli siyai konfransda çıxışı zamanı hərbi imkanlarını artırmağı, sərt anti-virus tədbirlərini davam etditməyi və iqtisadiyyatı yaxşılaşdırmaq üçün çox səy göstərməyi vəd edib.

Dövlət mediasında Kimin çıxışı ilə bağlı xəbərlərdə Birləşmiş Ştatlar və Cənubi Koreya ilə bağlı məlumat yer almayıb. Bəzi ekspertlər deyir ki, bu, Kimin Vaşinqton və Seulla yaxın gələcəkdə danışıqları bərpa etməkdə maraqlı olmadığını və pandemiyanın yaratdığı çətinlikləri aşmaq üçün özü-özündən aslılı iqtisadiyyat yürütmək və ölkəsinin qapılarını bağlı saxlamaq niyyətindədir.

“Koreya yarımadasında getdikcə daha da qeyri-sabit olan hərbi mühit və beynəlxalq siyasət bizim milli müdafiə qüvvəmizi gücləndirmək planlarımızı ləngimədən həyata keçirmək üçün çağırışlara səbəb olub,” deyə, rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Kimdən sitat gətirib.

Kim hərbi qüvvələrini təkmilləşdirmək üçün güclü, müasir silah sistemlərinin istehsalına göstəriş verib və ordusunun özünü idarə etdiyi hakim partiyaya “tam sadiq və bağlı” olmasına çağırış edib.

KCNA deyib ki Kim Şimali Koreyanın xarici, o cümlədən Cənubi Koreya ilə münasibətləri üçün “taktiki istiqamətlər” irəli sürüb, amma bununla bağlı təfərrüatları paylaşmayıb.

Partiyanın Mərkəzi Komitəsinin beş günlük plenar iclası Kim hakimiyyətdəki 10-cu ilini qeyd etdiyi vaxta təsadüf edib. Diktator atasının 2011-ci ilin dekabrında vəfatından sonra hakimiyyəti alan Kim Conq Un ölkə daxilində mütləq hakimiyyət qurub və nüvə cə raket arsenallarını gücləndirib. Lakin Şimali Koreya iqtisadiyyatı son iki ildə pandemiya səbəbilə sərhədlərin bağlanması, BMT-nin davamlı sanksuyaları və təbii fəlakətlər nəticəsində böyük itkilər yaşayıb.

Şimali Koreyada siyasi qeyri-sabitliyin olduğuna dair işarə yoxdur, ancaq bəzi ekspertlər hazırkı çətinliklər davam etdiyi halda Kimin rəhbərliyinin uzunmüddətli sabitliyinin şübhə altına alına biləcəyini deyirlər. Plenar iclaslar kimi yüksək səviyyəli siyasi konfranslar Kimə rəhbərliyi arxasında birliyi gücləndirməyə və onun hökumətə mphkəm nəzarət etdiyini göstərməyə imkan yaradır. Lakin bu cür görüşlər Çimali Koreyanın problemlərinə hər hansı funamental həll yolları tapmağa yardım etdiyi aydın deyil.

XS
SM
MD
LG