Accessibility links

Ukrayna Prezidenti Yeni İl mesajında qətiyyətli mövqe ilə çıxış edib


Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 31-də Yeni İl mesajında ölkənin Rusiya ilə sərhədində Moskvanın qüvvə toplaması ilə bağlı narazılığını ifadə edib.

“Sərhədin digər tərəfindəki heç bir ordu bizi qorxutmur, çünki sərhədin bizim tərəfimizdə əzəmətli ordu bizi qoruyur,” o deyib.

Onun bu sözləri Moskva ilə Qərb arasında Moskvanın sərhəddə qoşun cəmləşdirməsi və Moskvanın Avropa və Ora Asiyada daha geniş “təhlükəsizlik zəmanətləri” ilə bağlı tələblər irəli sürdüyü vaxta təsadüf edir.

Kyiv rəsmiləri Ruisyanın növbəti həftələrdə Ukraynanı işğal edə biləcəyinə dair narahatlıqlarını ifadə ediblər.

Zelenski deyib ki, Kyivlə Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçı birləşmələr arasında müharibəyə son qoymaq onun hökumətinin “əsas məqsədi” olaraq qalır. O söz verib ki, “gələn il daha yaxşı olacaq.”

Ukrayna prezidenti Krımın “bir gün” Kyivin nəzarətinə qayıdacağına dair əminliyini ifadə edib.

“Biz deyə bilərik ki, bir gün Krımı Ukraynaya qaytardığımızı deyə bilmək üçün Krımı qlobal gündəmə qaytarmışıq,” Zelenski deyib. “Bundan əlavə bütüm məhbusları qaytarmaq vacibdir. Hər birinin.”

Zelenski həmçinin Ukraynanın Rusiyanın işğal etdiyi Krım regionunda Rusiyanın təyin etdiyi rəsmilər tərəfindən həbs olunan vətəndaşlara dəstəyini ifadə edib.

O deyib ki, onlar “ləyaqətlərini itirmədilər və Krım barədə həqiqəti söylədilər. Buna görə də azadlıqlarını itirdilər.”

Zelenskinin çıxışı zamanı Azadlıq Radiosunun frilans müxbiri Vladislav Yesipenkonun videoları göstərilib. O, mart ayına Krımda saxlanılıb və işgəncələrə məruz qaldığını bildirib.

XS
SM
MD
LG