Accessibility links

Belarusda 75 yaşlı fəal həbs olunaraq, psixi dispanserə aparılıb


Nina Baginskaya. Arxiv.
Nina Baginskaya. Arxiv.

75 yaşlı belaruslu fəal Nina Baginskaya öz ad günündə əlində “Siyasi məhbuslara azadlıq” yazılan plakatla Minskdə küçəyə çıxıb, ancaq qısa müddət sonra saxlanılaraq Navinki qəsəbəsindəki psixi dispanserə aparılıb. Bu barədə “Belsat” xəbər verib.

“Təcili tibbi yardımı çağırdılar və Navinkiyə apardılar. Bu ilk dəfə deyil ki, mən Navinkidə oluram, mənə orda müalicəyə ehtiyacımın olmadığına, əqli cəhətdən sağlam olduğuma dair sənəd imzalamağımı istədilər. Mən 18 nömrəli avtobusa minib, evə gəldim,” Nina Baginskaya danışıb.

Polis işçiləri həmçinin onun barəsində protokol tərtib ediblər.

Nina Baginskaya Belarusda dinc etirazların simvollarından birinə çevrilib. O, 1988-ci ildən bəri, artıq 20 ildir ki, əlində özü tikdiyi ağ-qırmızı bayraqla demək olar bütün mitinqlərə qatılır.

“Bu sosial, siyasi və milli ədalətsizlik məni təngə gətirdi. Və mən dedim ki, əgər sən əclaf deyilsənsə, qul deyilsənsə, torpağını və vətənini qorumalısan,” Baginskaya deyib.

Baginskaya saxlanıldığı zaman polis zabitləri ilə söhbət edərək, onları həbsdə olanlara qarşı rəftarlarına görə ayıblayıb.

XS
SM
MD
LG