Accessibility links

ABŞ və NATO Rusiyaya Ukrayna məsələsində "psixoloji manipulyasiya" etməməsi ilə bağlı xəbərdarlıq edir


Birləşmiş Ştatlar Rusiyanı Ukrayna ilə gərginlik məsələsində dünyanı "psixoloji manipulyasiya" etməkdə günahlandırır. Belə ki, Moskva 300 minə yaxın qoşunu mümkün işğala hazırladığı bir vaxt, davamlı olaraq Kyivi təcavüzkar kimi göstərməyə çalışır.

Bu ittihamı NATO xarici işlər nazirlərinin virtual görüşdən sonra və ABŞ, NATO və Rusiyanın iştirakı ilə gələn həftəyə təyin olunan bir sıra danışıqlardan öncə cümə günü ABŞ Dövlət katibi Antoni Blinken irəli sürüb.

“Biz daha öncə də bu manipulyasiyaya şahid olmuşuq,” Blinken, Rusiyanın 2014-cü ildə Ukraynaya müdaxiləsinə və Krımı qanunsuz ilhaq etməsinə istinad edərək müxbirlərə bildirib.

“Rusiya təxribat və ya insident törədib, daha sonra bundan hərbi müdaxiləyə haqq qazandırmaq üçün sui-istifadə etsə, heç kim təəccüblənməməlidir,” ABŞ-ın baş diplomatı əlavə edib və xəbərdarlıq edib ki, “Rusiya bu gün təxminən 100 000 qoşunu sərhəddə toplayıb və çox qısa zamanda bunun iki qatını hazır vəziyyətə gətirməyi planlaşdırır.”

“Bu, Rusiya üçün sınaqdır,” Blinken deyib və xəbərdarlıq edib ki, irəliləyiş yalnız “de-eskalasiya halında” əldə oluna bilər.

“Əgər Rusiya Ukraynanın şərqindəki vəziyyəti həll etməyə və bunu diplomatiya və sülh yolu ilə həll etməkdə qətiyyətlidirsə, bunun yolu Minsk Razılığıdır,” o deyib və əlavə edib ki, bunu etməməyin “böyük nəticələri” olacaq.

Cümə günü Brüsseldə çıxış edən NATO baş katibi Yens Stoltenberq Moskvanın qarşıdan gələn həftə danışıqlarda iştirak etmək istəyini alqışlayb. Lakin o xəbərdarlıq edib ki, NATO Rusiyanın narahatlıqlarına “yaxşı niyyət”lə dinləsə də, Kreml də bir sıra məsələlərdə, o cümlədən silahlara nəzarət məsələsində bənzər addım atmalıdır,” Stoltenberq müxbirlərə bildirib. “Bu, qarşılıqlı olmalıdır.”

Stoltenberq daha sonra xəbərdarlıq edib ki, NATO Rusiyanın tələblərinə tabe olmayacaq.

“Biz əsas prinsiplər, o cümlədən hər ölkənin öz yolunu seçmək hüququndan güzəştə getməyəcəyik. Biz ikinci sinid NATO üzvlərinin olduğu və NATO-nun alyans olaraq onları müdafiə etməyə icazəsinin olmadığı bir vəziyyətə düşə bilmərik,” o deyib.

Rusiya Ukraynanı dəfələrlə öz qoşunlarını cəmləşdirməkdə ittiham edib və NATO-nun bir sıra təhlükəsizlik zəmanətlərinə, o cümlədən ittifaqın Şərqi Avropada hərbi mövcudluğunu dayandırmağa və Ukrayna və Gürcüstan kimi ölkələrin mümkün üzvlüyü daxil olmaqla, alyansın genişləndirilməsinə son qoymağa razı olmasını tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG