Accessibility links

Gülnoza Said: Polad Aslanovun azadlığa buraxılmasına çağırırıq


Gülnoza Said: Polad Aslanovun azadlığa buraxılmasına çağırırıq
please wait

No media source currently available

0:00 0:04:51 0:00

Gülnoza Said: Polad Aslanovun azadlığa buraxılmasına çağırırıq

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi hazırda həbsdə olan xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanovun vəziyyətilə bağlı narahatlığını bildirib. 2019-cu ilin iyun ayından həbsdə olan Polad Aslanov Ali Məhkəmədə şikayətinə baxılmasının gecikdirilməsinə etiraz olaraq yanvar ayının 6-dan aclıq aksiyasına başlayıb. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 12-də Azərbaycan Ombudsmanının Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətində Polad Aslanova baş çəkib. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hökumətini Polad Aslanovu azad etməyə çağırır. Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə müsahibədə Polad Aslanovun durumu və Azərbaycan parlamentinin keçən ilin dekabr ayında “Media haqqında” yeni qanunu qəbul etməsi ilə bağlı narahatlıqlardan danışıb.

Amerikanın Səsi: Jurnalist Polad Aslanov onun işinə yenidən baxılması və Ali Məhkəməyə şikayətinə baxılmasını sürətləndirmək tələbi ilə yanvar ayında ikinci aclıq aksiyasına başlayıb. Jurnalistləri Müdafiə Komitəsi 2019-cu ilin iyun ayından həbsdə olan Polad Aslanovun aclıq keçirməsi ilə bağlı onun vəziyyətindən narahatlığını bildirib. Siz Polad Aslanovun həbs olunduğu vaxtdan onun işini izləyirsiniz. Onun işi ilə bağlı son durum haqda hansı məlumatınız var?

Gülnoza Said: Bu, Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı ən böyük hadisələrindən biridir və bu illər ərzində, bildiyiniz kimi, çoxlu jurnalist həbs olunub və müəyyən bir məqamda Azərbaycan jurnalistlərin ən çox həbsdə olduğu ölkələrdən biri olub. İndi həbsdə olan jurnalistlərin sayı azdır və Polad Aslanovun işi çox ciddidir. Sizin dediyiniz kimi Gülmira Aslanova ilə əvvəldən əlaqə saxlamışam. Biz iki il yarım əvvəl Polad Aslanovun həbsindən az sonra əlaqə saxlamağa başladıq. Və biz onun işini izləyirik.

Təəssüflər olsun ki, Azərbaycanda xüsusən də penitensiar sistemdə vəziyyət o qədər acınacaqlıdır ki, aclıq aksiyası həbsdə olan siyasi məhbusların, o cümlədən jurnalistlərin diqqəti öz işlərinə cəlb etmək, hüquqları uğrunda mübarizə aparmaq üçün az qala yeganə çıxış yoluna çevrilib. Və bunlar findamental hüquqlardır. Polad Aslanov Azərbaycanda bir çox digər siyasi məhbus kimi səhhətinə görə çox ehtiyac duyduğu dərmanları almaq istəyir. O, apellyasiya şikayətinin tez bir zamanda Ali Məhkəməyə verilməsini istəyir, bu, çox sadə bir şeydir. Onun həyat yoldaşı bizə həkimlərin onu qəbul etməyəcəyini və həbsxana xəstəxanasına göndərməyə biləcəyini deyib. Buna görə də təəssüf ki, yeganə çıxış yolu məhbusun və halda Polad Aslanovun səhhətinin pisləşməsinə səbəb olan aclıq aksiyasıdır.

Amerikanın Səsi: Beynəlxalq ictimaiyyət bu kimi hadisələrin təkrarlanmaması üçün hansı addımları atmalıdır?

Gülnoza Said: Jurnalistləri Müdafiə Komitəsi kimi təşkilatlar Azərbaycanda həbsdə olan jurnalistlərin və başqa cür təzyiqlərə məruz qalan jurnalistlərin işlərinə diqqəti cəlb etməyə çalışırlar. Təəssüf ki, indi onların (jurnalistlərin) sayı çox azdır, çünki bir çoxları həbsə salınıb və qorxudularaq jurnalist fəaliyyətini davam etdirməkdən çəkindiriliblər. Elə jurnalistlər olub ki, onlar başqa ölkələrdə, daha təhlükəsiz ölkələrdə yaşamaq üçün Azərbaycandan qaçıblar. Beləliklə, bütün bu vəziyyətin yaxşı tərəfi odur ki, dünya bilir, məsələn, Brüsseldə, Avropa məhkəməsində çoxlu işlərin olduğu Strasburqda mənim deyə biləcəyim qədər kifayət qədər yaxşı səviyyədə məlumatlılıq var. Vaşinqtonda da müəyyən dərəcədə məlumatlılıq var çünki mən məsələn, Dövlət Departamentinin nümayəndələri ilə görüşəndə biz bu hallar haqqında danışırıq. Problem beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı istifadə edə biləcəyi təsir vasitələri ilə bağlıdır. Təəssüf ki, biz Qərb hökumətlərinin məsələn, Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməkdə qətiliyini və qətiyyətini görmədik. Mən bunu görməmişəm. Bəzi başqa ölkələrdə gördüyümüz kimi, bu, adətən olduqca yaxşı işləyir.

Amerikanın Səsi: Bu günlərdə media ictimaiyyətinin bir qrup nümayəndəsi prezident İlham Əliyevi media haqqında yeni qanunu imzalamamağa çağırıb. Azərbaycan parlamenti keçən ilin dekabr ayında jurnalistlərin bunun müstəqil jurnalistikanı daha da məhdudlaşdıra biləcəyi ilə bağlı narahatlığına baxmayaraq, media haqqında yeni qanunu qəbul edib. Siz media haqqında yeni media qanunla bağlı narahatlıqlar barədə nə söyləyə bilərsiniz?

Gülnoza Said: Narahatlıq ondan ibarətdir ki, media haqqında bu qanun qəbul olunarsa, prezident onu imzalasa və o, qüvvəyə minsə jurnalistlərin və müstəqil medianın vəziyyəti daha da pisləşəcək. Azərbaycanda artıq media üçün çox repressiv mühit var və media haqqında bu qanun layihəsi vəziyyəti daha da pisləşdirəcək. Mən də bu jurnalistlərə qoşularaq, Azərbaycan prezidentini bu qanun layihəsini imzalamamağa çağırmaq istərdim. Amma biz gözləməli və bunun necə olacağını baxmalıyıq, çünki Azərbaycan hökumətinin uzun illərdir gördüyü işlər hər bir tənqidi səsi susdurmaq üçün mühiti daha repressiv etməkdən ibarətdir. Hesab edirəm ki, Azərbaycan prezidenti buna imza atmamalıdır və beynəlxalq səhnədə imicini yaxşılaşdırmağa çalışmalı, Polad Aslanovu və Azərbaycan həbsxanalarında əziyyət çəkən digər jurnalistləri mütləq azadlığa buraxmalıdır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG