Accessibility links

Bayden prezidentliyinin ilk ilini aşağı reytinqlərlə başa vurur


Bayden prezidentliyinin ilk ilini aşağı reytinqlərlə başa vurur
please wait

No media source currently available

0:00 0:03:38 0:00

Bayden prezidentliyinin ilk ilini aşağı reytinqlərlə başa vurur

Prezident Co Bayden hakimiyyətdə ilk ilini inflyasiyaya görə iqtisadi bərpa prosesinin zəif getməsi və pandemiyanın yenidən güclənməsi fonunda aşağı reytinqlərlə başa vurur. ABŞ prezidenti 1,9 trilyon dollarlıq stimullaşdırma planı və 1 trilyon dollarlıq infrastruktur paketini qəbul etmək üçün konsensusa nail olmasına baxmayaraq reytinqlərdə aşağı göstəricilərə malikdir.

Bayden administrasiyası tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar olaraq mart ayında irəli sürülən 1,9 trilyon dollarlıq yardım paketi Amerika bizneslərinə və ailələrinə pandemiyanın maliyyə baxımından təsirinin aradan qaldırılmasına kömək etdi.

Paket çərçivəsində milyonlarla amerikalıya 1400 dollar məbləğində stimullaşdırıcı maliyyə vəsaiti və yoxsulluğun azaldılmasına yardım edən aylıq ödənişlər göndərildi.

Lakin bir çoxları üçün artan inflyasiya bu yardımın təsirini minimuma endirib.

Telilia Skott, istehlakçı:“COVİD-ə görə insanların pulu yoxdur. Biz yenidən işləməyə başlamışıq. Qazın bugünkü qiymətlərini nəzərə alsaq, bu, heyrət doğurur”.

Dekabr ayında istehlak qiymətləri ötən illə müqayisədə 7 faiz yüksək olub, bu da son 40 ilin ən yüksək inflyasiya səviyyəsini göstərir.

İnflyasiya administrasiyanın bildirdiyinə görə, Amerika tarixində iş yerlərinin açılmasında ən böyük artımın müşahidə edildiyi bir ildə iqtisadi bərpa prosesini zəiflədib.

“İşsizliklə bağlı ilkin ərizələrə baxın. Bir il əvvəl onların sayı orta hesabla 800, 812 min idi. İndi isə bu rəqəm 210 mindir. Bunlar prezidentin andiçmə mərasimindən bir il əvvəl və son bir ildə işsizlik səviyyəsi və təbii ki, iş yerlərinin açılmasını göstərir. COVID-ə gəlincə, bir il əvvələ nəzər salsaq, yaşlı əhalinin yalnız 1 faizi tam peyvənd olunmuşdu. İndi onların 74 faizi tam peyvənd olunub”, Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

COVID-19-a qarşı peyvəndlərin nisbətən nizamlı şəkildə tətbiq edilməsi 200 milyondan çox amerikalının qorunması və keçən il hətta qısa müddət ərzində normal vəziyyətə qayıdışı təmin etdi.

Bu, omikron variantının yoluxma halları və xəstəxanalara yerləşdirmələrdə yeni artıma səbəb olmasına qədər davam etdi.

Ipsos araşdırma şirkətinin bildirdiyinə görə, pandemiya və inflyasiya prezident Co Baydenin hakimiyyətdə olduğu ilk ilin sonunda onun təxminən 45 faiz təşkil edən reytinqinin aşağı düşməsinə səbəb olan iki əsas amildir.

“Prezident COVID-in aradan qaldırılması və iqtisadiyyatın bərpasını, Amerikanın normal həyata qayıtmasını dəstəkləyirdi. Pandemiya nə qədər uzun müddət davam edirsə, amerikalılar bir o qədər qeyri-müəyyənlik içində olurlar və açığı, hələ də pandemiya ilə mübarizə apardıqlarına görə narazıdırlar”, Ipsos şirkətinin ictimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti Mallori Nyuvall bildirib.

Baydenin qanunvericilik gündəliyinin də fərqli aspektləri var. O, Respublikaçıların dəstəyi ilə 1 trilyon dollarlıq infrastruktur qanun layihəsini irəli sürdü ki, bu da bir nəsil dövründə ölkənin sosial layihələrinə ən böyük investisiyadır.

Lakin o, əvvəlki həcmindən iki dəfə azaldılmasına baxmayaraq, hələ də 1,75 trilyon dollarlıq sosial xərclər və iqlim fəaliyyət planını əhatə edən qanun layihəsinin təsdiqinə nail olmayıb.

Qanunvericilik gündəminin digər məsələlər də həll edilməyib. Seçkilər üzərində federal nəzarəti əhəmiyyətli dərəcədə genişləndirə biləcək səsvermə hüququ ilə bağlı iki qanun layihəsi Senatda Respublikaçılar müxalif olduğu üçün ilişib qalıb.

Bəzi təhlilçilər administrasiyanın və demokratların öz gündəmlərini yenidən nəzərdən keçirməli olduğunu bildirir.

“Onlar respublikaçıların böyük əhəmiyyət kəsb edən məsələlərdə əməkdaşlıqda çox az maraqlı olacağını başa düşərək özlərinə sual verməlidirlər ki, zamanla hansı kiçik şeylər üzərində işləyə bilərlər və söhbəti Baydenin iki iddialı planla gəlib uğursuz olduğundan, onun cəhd edib bir çox kiçik qələbələr əldə etdiyi məcrasına salaraq dəyişməlidir”, Amerika Sahibkarlıq İnstitutundan Kevin Kosar bildirib.

Baydenin bölünmüş ölkəni sağaltmaq vədinə baxmayaraq, 2021-ci il yanvarın 6-da Donald Tramp tərəfdarlarının Kapitolini mühasirəyə almaq cəhdindən sonra amerikalılar arasında dərin qütbləşmə qalmaqdadır. Rəy sorğuları respublikaçıların əksəriyyətinin keçmiş prezidentin 2020-ci il seçkilərinin oğurlanması ilə bağlı əsassız iddiasına hələ də inandığını göstərir.

XS
SM
MD
LG