Accessibility links

Liberiyada kilsə yığıncağında izdiham 29 nəfərin ölümünə səbəb olub


Monroviya, Liberia
Monroviya, Liberia

Liberiyanın paytaxtı Monroviyadakı kilsə yığıncağında baş verən izdihamda gecə ərzində 29 nəfər ölüb. Bu haqda İnformasiya nazirinin müavini Calavah Tonpo cümə axşamı dövlət radiosuna bildirib.

O, bildirib ki, insident paytaxtın kənarındakı Nyu Kru qəsəbəsində gecə boyu davam edən xristian ibadəti zamanı baş verib.

"Həkimlər 29 nəfərin öldüyünü və bəzilərinin vəziyyətinin ağır olduğunu söyləyib", deyə xəstəxanadan dövlət radiosuna zəng edən Tonpo bildirib, “Bugün, ölkə üçün çox kədərli gündür”.

Tədbirdə iştirak edən sakinlərdən Eksodus Morias Reuters-ə bildirib ki, izdiham bir qrup silahlı şəxsin oğurluq etmək üçün camaatın üzərinə qaçmasından sonra başlayıb:

"Biz kəsici alətlər və digər silahlarla bir qrup adamın kütləyə doğru gəldiyini gördük. Qaçarkən bəzi insanlar yıxıldı, bəziləri isə yerə yıxılaraq onların üstündən keçdi”.

Zogos kimi tanınan Liberiya küçə dəstələrinin bandası adətən pala və digər kiçik silahlarla quldurluq edir.

Polis sözçüsü Moses Karter hadisənin nədən qaynaqlandığını şərh etməkdən imtina edib. O bildirib ki, faktla bağlı araşdırma aparılır.

Cümə axşamı günortadan sonra hadisə yerinə baş çəkəcəyi gözlənilən prezident Corc Vea üç günlük milli matəm elan edib və Liberiya Qızıl Xaç və Fəlakətlərin İdarə Olunması Agentliyinin qurbanlara yardım etmək üçün çağırıldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG