Accessibility links

AXCP fəalına Baş Prokurorluq xəbərdarlıq edib


İlham Hüseyn
İlham Hüseyn

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn bu gün, yanvarın 21-də Baş Prokurorluğa çağırılaraq şifahi xəbərdarlıq edilib.

Bui barədə İlham Hüseynin özü Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, xəbərdarlığa səbəb kimi 2021-ci ilin noyabrında Facebook səhifəsində “Azadlıq” qəzetinə istinadən yaydığı statusu əsas gətiriblər.

“Baş Prokurorluqda idarə rəisi tərəfindən qəbul edildim. 2021-ci ilin noyabrında “Azadlıq” qəzetinə itinadən Laçın rayonu istiqamətində döyüş getməsi barədə paylaşdığım statusa görə dəvət edildiyimi bildirdilər. Mənə xəbərdarlıq etdilər ki, bir daha Müdafiə Nazirliyi tərəfindən təsdiq edilməmiş bu tipli xəbərləri yaymayım. Şifahi xəbərdarlıq edildikdən sonra sərbəst buraxlıldım,” o qeyd edib.

İlham Hüseyn ötən ilin dekabrında Saleh Rüstəmovun azadlığı tələbiylə keçirilən aksiyada saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG