“Britaniya Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyini müvəffəqiyyətlə yerinə yetirməsi üçün onunla işləməyə hazırdır".
Bu barədə Böyük Britniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Twitter səhifəsində bildirib. Səfir Azərbaycanı ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi münasibətilə təbrik edib.
“Biz Azərbaycanın silahlara nəzarət və Qadınlar Sülh və Təhlükəsizlik üzrə prioritetlərini dəstəkləyirik. Azərbaycanın Fəaliyyət Planını həyata keçirməyini səbirsizliklə gözləyirik”, - səfir qeyd edib.
Bu ilin anvar-aprel aylarında Azərbaycan ATƏT-in Təhlüksizlik üzrə Əməkdaşlıq Forumuna sədrlik edəcək.
“Öz növbəsində bir müddət əvvəl ABŞ-ın ATƏT-dəki Nümayəndəliyinin rəhbəri, səfir Mişel Karpenter ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçən ilk iclasında çıxışı zamanı Azərbaycanın ATƏT TƏF-ə sədrliyi dövründəki prioritetlərini alqışlayıb.
Bu ilin anvar-aprel aylarında Azərbaycan ATƏT-in Təhlüksizlik üzrə Əməkdaşlıq Forumuna sədrlik edəcək. Bu həftə Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyinin prioritetləri açıqlayıb. Forumda iştirak edən nazir Ceyhun Bayramov bunları deyib :
"Biz, bu Təhlükəsizlik Dialoqu vasitəsilə dövlətlərin beynəlxalq humanitar hüquq və ATƏT-in müvafiq öhdəliklərinə əməl etməsini təşviq etmək və gücləndirməyi, habelə onların pozuntularına görə cavabdehliyin vacibliyi məsələsinin müzakirəsini təşkil etməyi hədəfləyirik.