Accessibility links

Qərbi Azərbaycanda kriptovalyuta mayninqi ilə əlaqədar 9 nəfər həbs edilib


İranın Qərbi Azərbaycan vilayətində 21 kriptovalyuta mayninq təchizatı aşkar edilib, 9 nəfər nəzarət altına alınıb.

Bu barədə Qərbi Azərbaycan vilayətinin İqtisadi Təhlükəsizlik Polisinin rəisi polkovnik Babək Fərşbaf açıqlama verib.

Polisin Mehr xəbər agentliyinə verdiyi açıqlamada həmin kriptovalyuta mayniniq təchizatlarının qanunsuz şəkildə şəhər elektrik mənbələrindən istifadə etdiyi bildirilib.

"Ekspertlərin rəyinə əsasən aşkarlanan cihazların dəyəri 10 milyard 100 milyon rial qiymətləndirilir. Bununla bağlı 9 təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılmaq üçün ədliyyə orqanlarına təhvil verilib" - deyə, polkovnik Fərşbaf bildirib.

İranda keçən il yay mövsümündən əvvəl baş verən elektrik kəsintilərinin səbəbini rəsmilər ölkədə qanunsuz kriptovalyuta mayninqi ilə əlaqələndirirdi.

İran mətbuatında son zamanlarda polis tərəfindən aşkar olunan qanunsuz kriptovalyuta çıxarılması ilə əlaqədar xəbərlər tez-tez yayılır.

Ölkədə kriptovalyuta mayniniqi cihazlarından istifadə etmək dövlətdən lisenziya almaq şərti ilə mümkündür.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG