Accessibility links

Təbrizdə zəlzələ baş verib


Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbrizdə yanvarın 24-də 4.3 bal gücündə zəlzələ baş verib.

İSNA xəbər agentliyinin yaydığı məlumata görə, Təbriz və Basmınc şəhərlərində baş verən zəlzələ yerli vaxt ilə saat 06:18-də yerin 14 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələnin mərkəzi Basmınc və Təbrizin 9 kilometrliyində və Sərdəri (Sərdrud) şəhərinin 19 kilometrliyində baş verdiyi bildirilir.

Bu zəlzələdən bir gün əvvəl bazar günü saat 8 radələrində 4.4 bal gücündə zəlzələ Təbriz və ətraf şəhərlərində hiss edilmişdi.

Nasr News xəbər agentliyi Təbriz, Xosrovşah, Üskü, Səhənd şəhərlərində yanvarın 24-də məktəblərin bağlandığını yazıb.

Birinci zəlzələdən sonra Şərqi Azərbaycan Böhran İdarəetmə İdarəsinin rəsimisi bir neçə ətraf kənddə evlərin divarları çatladığını və zəlzələnin heç bir ciddi mal və tələfata səbəb olmadığını bildirib.
Khabaronline saytı Təbrizdə ard-arda baş verən iki zəlzələdən sonra yaydığı hesabatda 1 milyon 800 min nəfər əhalisi olan Təbrizdə 2 min 500 hektar ərazidə qeyri-standart və təhlükəli evdə yaşayan təxminən yarım milyon insanın, yəni şəhər əhalisinin 12 %-nin həyatının ciddi şəkildə təhlükə ilə üzləşdiyini bildirib.

Rəsmilərin təximininə görə, Təbrizdə bir zəlzələ baş verdiyi təqdirdə ilk dəqiqədə gecəqondularda yaşayan 400 min nəfər hadisənin qurbanı ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG