Accessibility links

ABŞ-ın dəstəklədiyi qüvvələr İŞİD-in həbsxanadan qaçış cəhdinə son zərbələrini vurur


ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri ilə İslam Dövləti terror qruplaşmasının döyüşçüləri arasında davam edən qarşıdurma zamanı Suriyanın şimal-şərqindəki Həsəkə şəhərinin sakinləri beşinci gecə atışma və partlayışlarla üzləşib.

Əs-Sina həbsxanasının yaxınlığında olan fəalların Amerikanın Səsi ilə paylaşdığı videoda arxa planda davamlı təbil gurultusu eşidilərkən çaxnaşmalar və partlayışlar görünür.

Amerikanın Səsi videonun həqiqiliyini müstəqil şəkildə təsdiq edə bilməyib, lakin fəallar və sakinlərin sosial mediadakı hesabları, o cümlədən Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu qoşunlarının bütün həbsxana və İŞİD döyüşçülərini ələ keçirməyə çalışdığı bir vaxt döyüşlərin dayanmadan davam etdiyini bildirib.

İŞİD döyüşçüləri hələ də ətraf məhəllələrdə gizlənib. Bir çox ABŞ rəsmisi bazar ertəsi Amerikanın Səsinə bildirib ki, ABŞ və koalisiya qüvvələrinin real vaxt rejimində hava kəşfiyyatı və dəqiq hava hücumları təmin etməklə yanaşı, həbsxananın geri alınmasına kömək etmək üçün Suriya Demokratik qüvvələrinə dəstəyini artırıb və “təhlükəsizliyə yardım məqsədi ilə strateji mövqeyə malik” zirehli maşınlar göndərib.

Bu arada SDQ rəsmiləri bildiriblər ki, SDQ həbsxanadakı binalardan birinə basqın etdikdən sonra bazar ertəsi səhər tezdən 300-ə yaxın İŞİD döyüşçüsü və məhbus təslim olub.

SDQ bildirib ki, cümə axşamı günü İŞİD-in həbsxana ətrafına toplaşaraq bir avtomobili partlatması ilə başlayan həbsxanadan qaçışın qarşısını almaq üçün 10 minə yaxın əsgər göndərilib.

İndiyədək 180-dən çox İŞİD döyüşçüsü və məhbusun, ən azı 28 hərbçinin isə öldürüldüyünü bildirilib. SDQ ən azı beş mülki vətəndaşın da öldüyünü, ən azı birinin İŞİD tərəfindən iqamətgaha buraxılmamasına görə başının kəsildiyini bildirib.

Döyüşlər davam edərkən, Birləşmiş Millətlər Təşkilatının rəsmiləri və humanitar qruplar Həsəkənin sakinləri ilə bağlı narahatlıqlarını ifadə ediblər. BMT rəsmilərinin hesablamalarına görə, döyüşlər nəticəsində ən azı 45 000 adam didərgin düşüb.

Beynəlxalq Qızıl Xaç Komitəsi bütün tərəfləri həbsxananın ətrafındakı ərazilərə “maneəsiz humanitar yardıma” icazə verməyə çağırıb.

BMT və humanitar yardım rəsmiləri İŞİD döyüşçülərinin əsasən oğlan və yeniyetmələrdən ibarət 850-yə yaxın uşağın yaxınlıqdakı təcridxanalarda saxlaması və onlardan canlı qalxan kimi istifadə etdiyinə dair xəbərlərindən narahat olduqlarını bildiriblər.
XS
SM
MD
LG