Accessibility links

Barbara Smit: "Demokratiya və demokratik institutlara etimad azalır"


Barbara Smit: "Demokratiya və demokratik institutlara etimad azalır"
please wait

No media source currently available

0:00 0:07:24 0:00

Barbara Smit: "Demokratiya və demokratik institutlara etimad azalır"

Amerika Birləşmiş Ştatlarında qərargahlanan Karter Mərkəzinin Sülh Proqramlarının vitse-prezidenti Barbara Smit Amerikanın Səsinə müsahibədə dünya boyu müşahidə olunan demokratik tənəzzül, demokratik ölkələrdə azadlıqların azalmasının səbəbləri və beynəlxalq ictimaiyyətin Azərbaycan kimi ölkələrdə demokratiyanın inkişafına töhfələrindən bəhs edib.

Amerikanın Səsi: Avropa Qrupu Fondu 10 müxtəlif ölkədə Amerikanın dünyadakı rolu və ABŞ üslubundakı demokratiya ilə bağlı sorğu keçirib. Sorğu nəticəsindən əldə olunan müşahidələrdən biri də odur ki, Amerikanın qlobal nüfuzu ilə bağlı müsbət düşüncələr azalmaqdadır. Sizcə, bunun səbəbi nədir? ABŞ hələ də “demokratiyanın mayakı” olmağa davam edirmi?

Barbara Smit: Təşəkkür edirəm. Bu çox yaxşı sualdır. Bilirsiniz, ABŞ haqda düşünəndə və "Freedom House" təşkilatının illik Demokratiya hesabatı kimi başqa hesabatları da oxuyanda, ABŞ-da demokratiyanın tənəzzülə uğradığını görmək mümkündür. Dünyadakı bir çox ölkələrdə olduğu kimi, demokratik geriləmə baş verib. Bu isə vətəndaş və siyasi hüquqlar, toplaşmaq azadlığı, ifadə azadlığı və sairə baxımından narahatlıq doğurur.

Amerikanın Səsi: Mənim ikinci sualım da məhz "Freedom House"un 2021 Dünya Azadlığı Hesabatı ilə bağlıdır. Hesabatda azad olmayan ölkələrin sayının 2006-cı ildən bəri pik həddə çatdığı və siyasi hüquqlar və vətəndaş azadlıqlarının azaldığı ölkələrin sayının bu azadlıqların artdığı ölkələrin sayından daha çox olduğu bildirilir. Bundan əlavə hesabatda 73 ölkənin azadlıq göstəriciləri azalıb ki, bunlara təkcə Çin və Belarus kimi avtoritar ölkələr deyil, həmçinin Birləşmiş Ştatlar və Hindistan kimi demokratiyalar daxildir. New York Times qəzetinin bir başqa hesabatında da ABŞ-ın müttəfiq ölkələrinində son on ildə ən çox demokratik tənəzzülün müşahidə edildiyi bildirilir. Bunun səbəbi nədir? Demokratik ölkələrdə azadlıq və hüquqların azalmasına nə səbəb olur?

Barbara Smit: Bilirsiniz bu çox gözəl sualdır. International IDEA təşkilatından xəbərdarsınızsa, onlar da bu məsələni araşdırıb. Və onların perspektivinə görə, demokratik geriləməmin ən əsas göstəriciləri hökumət üzərində nəzarəti azaltmağa yönəlmiş sərəncamlar və vətəndaş hüquqlarına məhdudiyyətlərdir. Digər tərəfdən isə biz qütbləşmədə artım müşahidə edirik. Məsələn Birləşmiş Ştatlarda. Demokratiya və demokratik institutlara etimad azalır, habelə, ölkədən asılı olaraq, populist namizədlərin və ya hakim partiyaların artımı müşahidə olunur.

Amerikanın Səsi: ABŞ Prezidenti Co Bayden ötən ilin sonunda Demokratiya Sammiti keçirdi və sammitin məqsədi dünya demokratiyarının demokratik dəyərlər qarşısındakı öhdəliklərini yeniləmək idi. Bu sammitdən və Baydenin hakimiyyətdəki bir ilindən onun dünya boyu demokratik dəyərlərin təşviqinə dair öhdəliyi barədə hansı nəticəyə gəlmək olar?

Barbara Smit: Birincisi, düşünürəm ki, sammit çox vacib bir addım və Bayden administrasiyanın dünyaya demokratiyanı qlobal səviyyədə dəstəkləmək öhdəliyini nümayiş etdirməsi üçün bir alət idi.

İkincisi, məncə, eyni düşüncədə olan ölkələrin demokratiyanı dəstəkləmək vədlərini təkrarlamaları da eyni dərəcədə mühümdür. Məncə önümüzdəki bir il çox kritik olacaq. Zənnimcə biz onların vədlərini yerinə yetirib-yetirmədiklərini və önümüzdəki illərdə bu vədlərin demokratik durumun yaxşılaşdırılmasına təsirlərinin olub-olmadığını izləyəcəyik ki, buna seçkilər, şəffaflığın artırılması, hökumətlərin cavabdehliyi və ya artan siyasi iştirak və vətəndaş təfəkkürü daxildir.

Amerikanın Səsi: Mənim də sualım elə bununla bağlıdır ki, bunu necə etmək olar? Demokratiya 2022-ci ildə necə yenidən inkişaf edə bilər?

Barbara Smit: Əlbəttə. Görəcəyik. İlk növbədə Birləşmiş Ştatlar kimi hökumətlərin demokratiyanı dəstəkləmək üçün görə biləcəyi işlər var və daha sonra bunlar son 16 ildir müşahidə etdiyimiz trendin dəyişdiyinə dair işarələrə gətirib çıxaracaq. Demoktarik ölkələrin görə biləcəyi işlərə Baydenin demokratiya sammiti çərçivəsində elan olunan şeylər, o cümlədən müstəqil mediaya dəstək, insan hüquqları mexanizmləri və institutların gücləndirilməsinə dəstək, habelə insan hüquqları müdafiəçiləri və vətəndaş cəmiyyətinə dəstək daxildir.

Fikrimcə biz həmçinin, bayaq da qeyd etdiyim kimi, vətəndaş cəmiyyətini və xüsusilə də müstəqil medianı dəstəkləməkdən əlavə, demokratiyanın geriləməsinin başqa səbəblərinə nəzər yetirməliyik.

Lakin buna həmçinin seçkiləri müşahidə etmək vasitəsilə onların dürüst keçməsinə dəstək olmaq, əhali arasında demokratiyanın əhəmiyyəti haqqındakı anlayışın artırılması məqsədilə vətəndaşları maarifləndirmək daxildir. Və ümid olunur ki, bunun nəticəsində biz dünya boyu səsveməyə çıxış, məhkəmə prosesləri və siyasi proseslərin şəffaflığı, vətəndaşların hökumətin siyasətinin və qəbul olunan və icra edilən qanunların inkişaf etdiriməsi prosesində daha aktiv iştirakı məsələsində irəliləyişlər görə bilərik.

Amerikanın Səsi: Mənim növbəti sualım daha spesifik olacaq. ABŞ Dövlət Departamentinin 2020-ci ildə dünya ölkələrində insan hüquqlarının durumuna dair illik hesabatının Azərbaycanla bağlı hissəsində ciddi insan haqları pozuntularının olduğu bildirilir. Buna ifadə və mətbuat azadlığı və internetə tətbiq olunan ağır məhdudiyyətlər, habelə jurnalistlərə qarşı zorakılıq, siyasi iştiraka ağır məhdudiyyətlər və hökumətin sistemik korrupsiyası daxildir. ABŞ, Avropa ölkələri və beynəlxalq təşkilatlar dəfələrlə bəyanatlar yayaraq Azərbaycan hökumətini vətəndaşlarının insan hüquqları və azadlıqlarına hörmət göstərməyə çağırıb. Lakin bütün bunlara baxmayaraq, insan hüququları pozuntuları hələ də davam edir. ABŞ və beynəlxalq ictimaiyyət Azərbaycan kimi ölkələrdə demokratiya və insan hüquqları durumu yaxşılaşdırmağa yardım etmək üçün başqa nə edə bilər?

Barbara Smit: Məncə, sizin də qeyd etdiyiniz kimi, bizim davam etməli olduğumuz bir şey odur ki, biz Azərbaycan kimi korrupsiyanın geniş yayıldığı, bu cür məhdudiyyətlərin olduğu ölkələri tənqid etməyə davam etməliyik. Fikrimcə biz həmçinin, bayaq da qeyd etdiyim kimi, vətəndaş cəmiyyətini və xüsusilə də müstəqil medianı dəstəkləməkdən əlavə, demokratiyanın geriləməsinin başqa səbəblərinə nəzər yetirməliyik. Biz həmçinin qeyd etmişik ki, pandemiya səbəbilə məhdudiyyətlər artıb. Ələlxüsus da, avtoritar rejimlər pandemiyadan sui-istifadə edərək məhdudiyyətləri artırıblar.

Birincisi, bu cür dinamikalara nəzər yetirmək lazımdır. Bundan əlavə dünyadakı iqtisadi vəziyyəti də nəzərə almaq lazımıdır. Buna Birləşmiş Ştatlar kimi zəngin ölkələrdə habelə inkişaf etməkdə olan ölkələrdə artan iqtisadi bərabərsizliklər daxildir. Bu həqiqətən də dəyərləndirməli olduğumuz bir məsələdir. Yəni, bunun hər kəsə uyğun bir yanaşma olması şərt deyil. Biz ölkələrə məxsus məsələlərə diqqət yetirməliyik. Məsələn Azərbaycandakı vəziyyəti düşünəndə ağla korrupsiya və bununla bağlı narahatlıqlar gəlir. "Freedom House"un hesabatında da bu qeyd olunub. Və əlbəttə ki, orada vətəndaş azadlıqlarına qarşı təqiblər, müstəqil ifadə və söz azadlığının məhdudlaşdırılması məsələsi də aktualdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG