Accessibility links

Təbrizdə Koroğlu tamaşası türk dilində səhnəyə çıxır


Rejissor Yaqub Siddiq Camali iki il aradan sonra Koroğlu tamaşasını yenidən Təbrizdə səhnəyə çıxarıb.

Yarı-rəsmi İLNA agentliyinə istinadən, pandemiya səbəbilə nümayişi dayandırılan tamaşa təqribən iki il aradan sonra yenidən səhnəyə qoyulur.

Yaqub Siddiq Camalinin əhbərliyi ilə türk dilində hazırlanmış tamaşa yanvarın 27-dən fevralın 4-ə qədər Təbrizin 29 Bəhmən Sənət və Mədəniyyət Kompleksində nümayiş etdiriləcək.

İLNA-nın xəbərinə görə, mətbuat nümayəndələrinə danışan Siddiq Camali deyib ki, “pandemiya dönəmində restoranlar kimi izdihamlı sektorlar sağlamlıq protokollarına riayət edərək fəaliyyətə başladılar. Bu müddətdə fəaliyyətə davam edə bilməyən tək sektor nümayişlər və konsertlər oldu. Yəni, bir sənətkar digər sektorlar qədər iş yerinin sağlamlıq protokollarına riayət edə bilməyəcəkmi?”

“Koroğlu tamaşasının hazırlanması böyük zəhmətlə mümkün olub. 200-dən çox insan səhnədə və səhnə arxasında çalışıblar. Bu əsər çox sayda insan tərəfindən izlənməsə heyif olar,” rejissor deyib.

XS
SM
MD
LG