Accessibility links

Mahmud Bilgin: İran Azərbaycanı büdcə və böyük sənayelər xüsusunda böyük ayrı-seçkiliklərə uğrayır


Son vaxtlar yerli media, habelə bəzi siyasətçilər və millət vəkilləri İran Azərbaycanına qarşı iqtisadi ayrı-seçkiliklərə etirazlarını keçmişə görə daha açıq bir şəkildə səsləndirməyə başlayıblar.

Mahmud Bilgin: İran Azərbaycanı büdcə və böyük sənayelər xüsusunda böyük ayrı-seçkiliklərə uğrayır
please wait

No media source currently available

0:00 0:16:47 0:00

Amerikanın Səsininə danışan siyasi fəal Mahmud Bilginin sözlərinə görə, ayrı-seçkilikləri gündəmə gətirən siyasətçilər səmimi olmasalar da, açıqlamaları “millətin xeyrinədir.”

Valilər və millət vəkillərinin bu ayrı-seçkilikləri orada burda açıb aşkar etmələri popolist bir şəkildə olsa da bizim millətimizin xeyrinədir.
Mahmud Bilgin

Mahmud Bilgin müxtəlif vilayətlərə ayrılan illik büdcə və böyük sənayelər xüsusunda qeyri-fars bölgələrin haqsızlığa uğradığını önə çəkərək deyir ki, “biz İranda nə qədər böyük ayrı-seçkiliklərin olduğunu görürük. Bu baxımdan, hakimiyyətin valilərindən millət vəkillərinə qədər bu məsələləri orada burda açıb aşkar etmələri, məncə çox önəm daşıyır. Baxmayaraq ki, onlar populist bir şəkildə özlərini önə çıxarmağa çalışırlar. Hər halda, bu açıqlamalar bizim millət üçün xeyirlidir. Biz keçmişdə millət vəkillərinin digər sahələrdə də açıqlamalarını görmüşük. Mən bu açıqlamaları çox müsbət qarşılayıram.”

Keçən aylarda dövlətin İran Azərbaycanındakı iqtisadi siyasətlərini tənqid edən siyasətçilərin bir çoxu keçmişdə İslam İnqilabı Qvardiyasının (Sepah) komandirləri olublar.

Bilginin sözlərinə görə, “bunların çoxu Sepaha bağlı qüvvələrdir. Buna görə, özlərini güvəndə hiss edib və açıqlama verə bilirlər. Vali Abidin Xürrəm, Vərziqan nümayəndəsi, Kəleybər millət vəkili və digərləri. Bunlar elə mövqedədirlər ki, yuxarıdan yaşıl işıq almasalar danışmazlar. Yaşıl işıq alırlar ki, kontrollu tənqid edə bilərsiniz ki, müxalifləri öz içimizdə saxlaya bilək. Yoxsa, bunlar öz mövqelərini təhlükəyə salmaz.”

Mahmud Bilginin sözlərinə görə, İslam Respublikası Həbib Kəəb üzərindən hazırda İsveçdə mühakimə edilən İranın sabiq məhkəmə sisteminin rəsmisi Həmid Nurinin işində İsveç dövlətinə təzyiq etmək istəyir.

O, əlavə edir, “təbii ki, əsasən bu siyasətçilər bu populist hərəkətlər ilə özlərinə xalq arasında yer tapmaq istəyirlər. Amma, bunların açıqlamaları bizim də mənfəətimizədir. Amma təbii ki, biz bunlara güvənmirik və güvənməyəcəyik də. Amma, bu tənqidlər nəticəsində, məsələn Süngün mis mədəninin gəlirlərinin yarısını, yarısı da yox, 10 faizini, müəyyən bir hissəsini Azərbaycanda saxlaya bilsək, bu özlüyündə bir uğurdur.”

Mahmud Bilgin müsahibədə həmçinin yaxından tanıdığı ərəb fəal Həbib Kəəbin hazırda İranda davam edən mühakimə prosesi haqqında danışıb.

İsveç vətəndaşı olan Həbib Kəəb keçən il İranın təhlükəsizlik qüvvələri tərəfindən Türkiyədən qaçırılaraq İrana aparılıb. Olaydan bir müddət sonra Türkiyənin polis və təhlükəsizlik qüvvələri onun qaçırılması ilə əlaqədar İranın kəşfiyyat qurumu üçün çalışan bir casus şəbəkəsinin üzvlərini həbs ediblə.

Mahmud Bilginin sözlərinə görə, İslam Respublikası Həbib Kəəb üzərindən hazırda İsveçdə mühakimə edilən İranın sabiq məhkəmə sisteminin rəsmisi Həmid Nurinin işində İsveç dövlətinə təzyiq etmək istəyir.

2019-cu ilin noyabr ayında İsveçdə saxlanılan Həmid Nuri 1988-ci ildə İranda minlərlə məhbusun qətlə yetirilməsində rol oynayan əsas fiqurlardan biri olmaqda ittiham edilir.

XS
SM
MD
LG