Accessibility links

İran Azərbaycanında bir ailə uşaqlarına şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün məhkəməyə şikayət edib


Təbrizdə bir ailə uşaqları üçün Alparslan adı ilə şəxsiyyət vəsiqəsi verilmədiyi üçün məhkəməyə şikayət edib.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, Əvəzpur ailəsi uşaqlarına seçdikləri Alparslan adına İran Qeydiyyat İdarəsindən şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün məhkəməyə müraciət ediblər.

Alparslanın atası Mustafa Əvəzpur Təbriz Ümumi Hüquq Məhkəməsinə şikayət etsə də, iş İnzibati Ədalət Məhkəməsinə göndərilib.

Başqa şəxsiyyət vəsiqəsi ala bilməyən uşaqlar kimi Alparslan da sağlıq sığortası və zəruri vaksinlərin vurulması ilə bağlı problemlər yaşayır.

İranın Qeydiyyat İdarəsi bir çox ailənin uşaqlarına seçdikləri türk adlarının İran adları olmadıqları üçün şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.

Alparslanın doğumundan təxminən 3 ay keçsə də, ailəsi məhkəməyə şikayət etmək vasitəsilə uşağa şəxsiyyət vəsiqəsi almaq üçün cəhd edir.

Bir uşağın anadan doğulduğu zamandan bəri valideyni tərəfindən ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilib və fundamental insan hüquqlarından biri sayılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG