Accessibility links

Almaniyadan redmissiya olunan fəal narkotik ittihamı ilə həbs edilib


Cefer Mirzeyev
Cefer Mirzeyev

Almaniyadan 2021-ci il noyabrın 24-də redmissiya ilə Azərbaycana göndərilən Cəfər Mirzəyevə qarşı ittiham irəli sürülüb.

Cəfər Mirzəyevin ailəsindən Amerikanın Səsinə bildiriblər ki, o yanvarın 28-də Bakının Ramana qəsəbəsində mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi ilə (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma-külli miqdarda törədildikdə) cinayət işi qaldırılıb və barəsində Sabunçu Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mirzəyev Almaniyada fəaliyət göstərən DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının üzvü olub və təşkilatın aksiyalarında iştirak etdiyi bildirilir.

“Cəfər siyasi sifarişlə həbs edilib. Onun həbsinin əsas səbəbi Almaniyada olarkən siyasi tədbirlərdə iştirak etməsidir. Ona verilən ittiham isə ümumiyyətlə reallığa uğun deyil. Cəfər nəinki narkotik, heç nikotinə də bağlı deyil. O ömründə bircə dəfə siqaret belə çəkməyib,” Mirzəyevin ailə üzvü Amerikanın Səsinə deyib.

Vəkil Nemət Kərimli deyib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Polisin məlumatıan görə, Cəfər Mirzəyevdən 12 qram heroin və 4 qram narkotik tərkibli dərmanlar götürülüb.

İttiham üzrə Mirzəyevi 5 ildən 12 ilədək həbs gözləyir.

Yanvarın 25-də isə bir neçə ay əvvəl Almaniyadan redmissiya ilə qaytarılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Pünhan Kərimli həbs olunub.

AXCP-nin məlumatına görə, Kərimliyə qarşı da Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsilə cinayət işi başlanılıb və həbs qətimkan tədbiri seçilib.

"Pünhan bəy bir müddət Almaniyada yaşayıb və orada olduğu müddətdə Avropada siyasi mühacirlərin təşkil etdiyi əksər aksiyalarda aktiv iştirak edib. Bir neçə ay öncə Almaniyadan Azərbaycana qayıdıb və yanvarın 25-i Nərimanov parkı yaxınlığında həbs olunub," AXCP bildirir.

XS
SM
MD
LG