Accessibility links

Azərbaycanda son sutkada  koronavirusa yoluxanların sayı 5 mini ötüb


Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 5 mini ötüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə bu virusa 5 223 yeni yoluxma faktı qeydə alınıb, 2 319 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 663 693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 627 342 nəfər müalicə olunaraq sağalıb, 8 755 nəfər vəfat edib, aktiv xəstə sayı 27 596 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 945, ötən müddət ərzində isə ümumilikdə 6 172 333 test aparılıb.

Koronavirus
Koronavirus

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayaraq əhalini sağaldıqdan 5 ay sonra (“buster”) doza ilə peyvəndləməyə çağırır.”

“Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.Bu səbəbdən, səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra (“buster”) doza ilə peyvəndləməyə çağırır.”

Xatırlatma

Mütəxəssislər koronavirus xəstələrinin sayının kəskin artmasını omikron ştamının yayılması ilə əlaqəndirir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Bu il yanavrın 24-də koronavirusa yoluxanların karantində qalma müddəti 14 gündən 7 günə endirilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG