Accessibility links

Bakı Apellyasiya Məhkəməsi Niyaməddin Əhmədovun şikayətinə baxır


Niyaməddin Əhmədov
Niyaməddin Əhmədov

Fevralın 2-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə ilkin iclas keçirilib.

Bugünkü məhkəmə iclasına jurnalistlər buraxılmayıb. Ailə üzvləri isə prosesdə iştirak edib.

Prosesdən sonra Amerikanın Səsinə açıqlama verən Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova bildirib ki, prosesdə özü və müdafiə elədiyi şəxs baş verən pozuntuları məhkəmənin diqqətinə çatdırıb.

“Niyaməddəin də çıxış etdi. Məruz qaldığı pozuntuları, işgəncələri səsləndirdi,” vəkil bildirib.

Prosesdə iştirak edən hüquq müdafiəçisi Zəfər Əhmədov jurnalistlərə bildirib ki, dövlət ittihamçısı qərarın qüvvədə qalmasını istəyb.

Məhkəmə iclasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də iştirak edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesində
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesində

“Niyaməddin Əhmədov mənim ictimai əsaslarla mühafizəçim olub. 2019-cu il 19 oktyabr mitinqində Tofiq bəylə bərabər sona qədər ləyaqətlə məni müdafiə eləməyə çalışıb. Ona görə də hökümətin qəzəbinə gəlib. İndi bütün vasitələrlə çalışırlar ki, haqq sözü az eşidilsin. Bütün dava ondan ötrüdür. Bu gün Niyaməddin Əhmədov atasının da, mənim də iştirakım ilə bütün detalları danışdı. Dəhşətə gəldik. Həddən artıq ağır işgəncələrə məruz qalıb. Dəfələrlə işgəncələr altında özündən gedib. Təkcə istədikləri bir şey var idi ki, Əli Kərimliyə qarşı saxta ifadə versin. Niyaməddin Əhmədov bu prosesdə bir qurbandır. Seçiblər onu bir qurban kimi döyərək, işgəncə verərək yalan ifadəni ona dedizdirsinlər .”

Məhkəmə baxışı martın 2-nə təyin edilib.

Niyaməddin Əhmədov nədə günahlandırılır?

Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib. Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə təqsirli bilinib.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən, Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Habil Məmmədov terror aktlarının hazırlanması məqsədilə Niyaməddin Əhmədova pul göndərib.

AXCP bu ittihamları siyasi motivli adlandırır

AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Habil Məmmədov da ittihamı yalanlayıb.

Niyaməddin Əhmədovun işgəncəyə məruz qalması ilə bağlı dedikləri Azərbaycanın hüquq-mühafizə orqanları təkzib edib.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG