Accessibility links

Həbsdə olan siyasi fəalın həyat yoldaşı pensiya tələbi ilə aksiya keçirib


Aygun Humbatova
Aygun Humbatova

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümvbətova bu gün, fevralın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Aygün Hümbətova aksiyaya üç övladını da gətirib. Onlardan böyüyü səkkiz yaşındakı oğlanın əsəb sisteminin anadangəlmə xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Hümbətova xəstə övladına aylıq müavinət təyin edilməsi prosesində süründürməçiliklə bağlı şikayətinə baxılmasını, tibbi komissiyadakı bürokratların cəzalandırılmasını, həmçinin həyat yoldaşının azad edilməsini tələb edib.

Onu övladları ilə birlikdə nazirliyə dəvət ediblər. Aygün Hümbətova bildirib ki, ona 88 nömrəli formanı gətirmək təklif olunub, bundan sonra uşağa müavinət təyin edilməsi məsələsi həll ediləcək.

Nazirliyin mətbuat xidməti bunu Amerikanın Səsinə təsdiq edib.

Hümbətovanın sözlərinə görə, ötən il həyat yoldaşı həbs edildikdən sonra ailə çıxılmaz vəziyyətə düşüb. Uşağa xəstəliyi ilə əlaqədar müavinət almaq üçün tibbi komissiyadan keçmək, analizlər vermək lazımdır. Amma onun xəstə övladını əlilliyin müəyyən edilməsi məqsədilə dəfələrlə müxtəlif instansiyalara aparması üçün evdə digər iki övladının yanında qalacaq adam yoxdur.

"Dövlət həyat yoldaşımı 10 il müddətinə həbs edib. Mən analıq məzuniyyətindəyəm, pul almıram, işləmirəm, bizə kömək edəcək heç kim yoxdur, yarımdağılmış evdə yaşayırıq. Nəinki nəqliyyata, heç uşaqların qarnını doyurmağa belə vəsait olmadığı halda, uşağa əlillik almaq üçün bütün tibbi instansiyaları necə gəzə bilərəm?" Hümbətova Amerikanın Səsinə bildirib.

2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətovu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Hökmə əsasən, o, qonşusu Məmmədovu bıçaqladığına görə mühakimə edilib. Ona Azərbaycan Cinayət Məcəlləsinin 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddə tətbiq edilib.

Hümbətov məhkəmədə bildirib ki, münaqişədə iştirak etməyib, dalaşmayıb və heç kimi bıçaqlamayıb, saxta cinayət işi isə onu müxalif fəaliyyətinə görə cəzalandırmaq üçündür

Xatırladaq ki, Aqil Hümbətov ötən il avqustun 11-də saxlanılıb və Cinayət Məcəlləsinin 126.2.4-cü maddə ilə ittiham olunub. Xüsusən, o, Zirə qəsəbəsinin sakini Yəmən Məmmədova bıçaqla zərbə endirməkdə ittiham olunub.

Hüquq müdafiəçilərinin qənaətinə görə, Hümbətovun həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsidir.

Bir il əvvəl Hümbətov İnternetdə hakimiyyətin ünvanına tənqidi çıxışından sonra psixiatriya xəstəxanasına salınmışdı.

Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsində Hümbətov barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG