Accessibility links

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı keçiriləcək


Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi

Fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısı keçiriləcək.

Azərbaycan Energetika Nazirliynin məlumatına görə, tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.

Həmçinin enerji şirkətlərindən BP, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, Fluxys, İCGB, Romgaz, SACE, SGC, Enagas, Uniper, TotalEnergies, Equinor, Lukoil, maliyyə təsisatlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər qurumların nümayəndələrinin də tədbirə qatılması nəzərdə tutulur. Məşvərət Şurasının builki iclasında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti və “Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin nümayəndələrinin də iştirakı gözlənilir.

Nazirlik bildirir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclası “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər - Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi - Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularına həsr olunmuş plenar sessiyalar da keçiriləcək.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib.

Builki toplantı Avropada qaz böhranı zamanına təsadüf edir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell bildirib ki, Rusiya Avropaya qaz tədarükünü dayandırarsa Avropa İttifaqı ölkələri Azərbaycanla qaz tədarükü barədə danışıqlar aparacaq.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, 2021-ci ildə ümumilikdə Avropada 552 milyard kubmetr qaz istehlak edilib.

“2021-ci ildə Azərbaycan Avropa bazarında 8 milyard 150 milyon kubmetr qaz satıb. Azərbaycan bu il öz həcmlərini 10 milyard kubmetrədək artıracaq. Bu nisbətə görə ayırd etmək olar ki, nə qədər Azərbaycan qazı Avropanın ümumi istehlakındadır. Ancaq Rusiya ümumilikdə Avropada təqribən 175-180 milyard kubmetr qaz satır,” o qeyd edib.

Ekspert hesab edir ki, Transxəzər Qaz Kəmərinin isə qısa müddətdə reallaşması qeyri-mümkündür.

“Ancaq buna baxmayaraq, yaxın bir neçə ildə Azərbaycan Cənub Qaz Dəhlizi ilə məhz türkmən qazını Avropa bazarına müəyyən həcmlərdə verə bilər. Bu həm svop, yəni dəyişdirmək yolu ilə İran üzərindən alınan türkmən qazı ola bilər. Həmçinin də Azərbyacanla Türkmənistanın Dostluq yatağının işlənməsində (neft-qaz yatağı) müəyyən hissə hüquqi baxımdan türkmən qazı olar,” İlham Şaban belə düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG