Accessibility links

Məhkəmə tənqidi məqaləyə görə jurnalisti cərimə edib


Anar Qaraxancalli

Azərmedia MMC - yeniavaz.az saytının sahibi tənqidi material dərc etdiyinə görə 1500 manat cərimə olunub.

Bu qərarı fevralın 3-də Bakının Nəsimi rayon Məhkəməsi Baş Prokurorluğun təqdim etdiyi inzibati protokol əsasında qəbul edib.

"Azərmedia" rəhbəri Anar Qaraxançallının sözlərinə görə, yanvarın 20-də o, Baş Prokurorluğa dəvət edilib, orada ondan Facebook-da yeniavaz.az səhifəsindən "Prokurorluq: Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb" sərlövhəli nəşrinin linkini silməyi tələb ediblər.

Məqalə özü yeniavaz.az saytında dərc edilib: "Bu material Səbail rayon Prokurorluğunun müxalif siyasətçi Tofiq Yaqublunun polis tərəfindən saxlanıldıqdan sonra döyülməsi haqqında cinayət işi açmaqdan imtina etməsinə həsr olunub. Məqalədə Səbail rayon Prokurorluğunun qərarına istinad edilərək deyilir ki, prokurorluq müəyyən edib ki, Tofiq Yaqublu polis bölməsində "özünü divara çırpıb", bəzən isə "əlləri ilə özünə zərbələr vurub".

Qaraxançallının sözlərinə görə, Baş Prokurorluğun iddiası məqalənin məzmunu deyil, onun sərlövhəsi və Facebook istifadəçilərinin şərhi ilə bağlıdır. Ona bu sərlövhənin müvafiq, yəni tənqidi şərhlərə səbəb olduğunu deyiblər.

Ondan nəşri Facebookdan silməyi tələb ediblər, bu, şərhlərin də avtomatik olaraq silinməsi demək olacaqdı.

Amma, Qaraxançallı istifadəçilərin şərhlərinə görə nəşrin cavabdeh olmadığına istinad edərək, bunu etməkdən imtina edib.

Bundan sonra saytın təsisçisinə qarşı 388-1.1.2-ci (internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsi) maddəsi ilə inzibati iş açılıb və bu iş Nəsimi rayon məhkəməsinə göndərilib.

Məhkəmə işə fevralın 3-də baxıb.

"Prosesdə prokurorluq nümayəndəsi bildirib ki, saytın rəhbərliyinin böhtan, təhqir xarakterli şərhləri silmək öhdəliyi yoxdur və sayt buna görə məsuliyyət daşımır", deyə Azərmedia-nın vəkili Nemət Kərimli Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, heç bir qanun pozuntusu olmayıb.

"Heç bir qanunda, nəşrdə qanunsuz bir şey yoxdursa, onu silmək öhdəliyi yoxdur. İstifadəçilərin şərhlərinə gəlincə, nəşr onlara görə məsuliyyət daşımır," Kərimli qeyd edib.

Bununla belə, hakim Baş Prokurorluğun protokolu əsasında Azərmedia-nı 1500 manat (900 dollar) cərimə edib. Vəkil bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Yanvarın 24-də Baş Prokurorluq "Azərmedia MMC" barəsində inzibati işin məhkəməyə verildiyini bildirib. Eyni zamanda, Facebook-da yeniavaz.az səhifəsində qanunvericiliyə zidd məzmunun yayılmasına görə vətəndaş Namiq Əliyevin bir ay müddətinə inzibati həbs cəzasına məhkum edildiyi bildirilib. Azərmedia Amerikanın Səsinə Namiq Əliyev adlı əməkdaşlarının olmdaığını bildirib. Müşahidəçilər inzibati həbsə məhkum edilmiş şəxsin məqalə ilə bağlı şərh yazanlardan biri olduğunu güman edir.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG