Accessibility links

Kraliça II Elizabet taxta keçməsinin 70 illiyini qeyd edir


Elizabet Aleksandra Mari Vindsor tacı taxmaq üçün doğulmamışdı. Buna tale müdaxilə etmişdi.

Kraliça II Elizabet bazar günü taxta keçməsinin 70 yaşını qeyd edir. O, qeyri-müəyyənlik əsrindən keçən Birləşmiş Krallığın sabitlik simvoluna çevrilib.

Gəncliyindən bəri parlaq tiaralarda bu cazibədar qadın ilk günlərindən, millətin nənəsi kimi yeni təcəssümünə qədər Britaniya İmperiyasının sonu, multikulturalizmin gəlişi, beynəlxalq terrorizmin yüksəlişi və Brexit-in yaratdığı çətinliklərin və COVID-19 pandemiyasının şahidi olub.

Amansız dəyişikliklər dünyasında o, daim xaricdə Böyük Britaniyanın maraqlarını təmsil edir, millətin uğurlarını alqışlayır və uğursuzluqlarına rəğbət bəsləyir və həmişə siyasətin mübarizəsindən yüksəkdə qalır.

Kraliça Elizabet ancaq dövlət başçısı kimi təmsilçilik rolu oynasa da, öz şəxsi nüfuzu ilə ölkənin siyasətinə müəyyən qədər təsir edə bilir.

Kral V Corcun böyük qızı kimi hazırda 95 yaşlı Elizabet 21 aprel 1926-cı ildə anadan olanda kiçik kral həyatı yaşayacaqdı. İtlər və atlar, bağ evi, rahat həyat onun gələcəyi kimi görünürdü. Lakin on il sonra onun əmisi Kral VIII Edvard amerikalı boşanmış Uollis Simpsonla evlənmək üçün taxtdan imtina etdikdə hər şey dəyişmişdi.

Yelizavetanın atası Kral VI Georqun taxta keçməsi ilə o, vəliəhd statusu qazanmışdı.

Mərasimə Böyük Britaniya şahzadəsi Çarlz rəhbərlik edib. O, xanımı Kamilanın gələcək kraliça olcağına ümidini ifadə edib və anasına təşəkkürünü bildirib.

XS
SM
MD
LG