Accessibility links

Milli fəal Məhəmməd Mərdi cərimələnib


İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Məhəmməd Mərdi Apellyasiya məhkəməsinin qərarı ilə cərimə ödəməyə məhkum edilib.

Mərdi məhkəmə vərəqəsinin surətini öz şəxsi İnstagram hesabından paylaşıb.

Ötən ilin iyul ayında Təbriz şəhərində ərəblərə dəstək aksiyaları ilə əlaqədar nəzarət altına alınan güneyli fəal Məhəmməd Mərdi Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 2-ci şöbəsi tərəfindən iki milyon beş yüz min tümənlik cərimə ödəməyə məhkum olunub. Daha öncə fəala verilən həbs cəzası isə 5 il müddətində dayandırılıb.

Məhəmməd Mərdi Təbriz Cinayət Məhkəməsinin 111-ci şöbəsində “qanunsuz mitinqə qatılıb, qarışıqlıq yaradaraq ümumi intizamı pozmaq” ittihamı ilə mühakimə olunub və bu ittihama görə, 3 ay həbs və 74 qamçı cəzasına məhkum edilib.

Mərdi ötən ilin iyul ayının 26-da İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, 19 gün sonra girov qarşılığında müvəqqəti şəkildə Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılmışdı.

O, daha öncə də apardığı fəaliyyətlərdən dolayı həbs edilib.

2021-ci ilin iyul ayında İranda ərəblərin yaşadığı Əhvaz bölgəsində su qıtlığına qarşı baş qaldıran aksiyalara dəstək olmaq məqsədilə Təbriz başda olmaqla, İran Azərbaycanının müxtəlif şəhərlərində etiraz mitinqləri keçirilmişdi.

Bu mitinqlər nəticəsində çox sayda güneyli vətəndaş həbs edilib, mühakimə olunaraq fərqli cəzalara məhkum olunublar.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG