Accessibility links

Qəzvində bir qadın edam edilib


Hüquq müdafiəçiləri İranın Qəzvin vilayətin mərkəzi Qəzvin şəhərində bazar günü bir gənc qadının dar ağacından asıldığını bildiriblər.

İranda baş verən edamlara dair hesabatlar yayan İran İnsan Haqları Təşkilatına (İran HR) istinadən, qətl ittihamı ilə mühakimə edilmiş təqribən 23 yaşındakı qadının qisas hökmü fevralın 6-da Qəzvin Mərkəzi Həbsxanasında tətbiq edilib.

Avropada qərargahlanan insan haqları təşkilatının xəbərinə görə, Xatun Həmidi bir neçə il əvvəl nişanlısını qətlə yetirmək ittihamı ilə həbs və mühakimə edilmişdi.

“Ehtimal edilir ki, Xatun Həmidinin yaşı cinayətin işləndiyi zaman 18-dən aşağı olub. Bizə gələn məlumata əsasən, o, 5 il idi nişanlısını qətlə yetirmək ittihamı ilə həbsdə idi. Xatun nişanlısını sevmirdi. Narkoman olan atası onu o varlı adamla nişanlanmağa məcbur etmişdi,” İran HR-ın xəbərində dərc edilib.

Bir həftə əvvəl Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində də iki məhbus edam edilib. Keçən bazar günü Marağa Həbsxanasında asılan Fərid Məhəmmədi və Mehrdad Kərimpur “zorla ləvat” (həmcinsə təcavüz) ittihamı ilə mühakimə edilmişdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG