Accessibility links

Tofiq Yaqublu Səbail Rayon Prokurorluğunun qərarının ləğv olunmasını istəyir


Tofiq Yaqublu aksiya zamanı
Tofiq Yaqublu aksiya zamanı

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Səbail Rayon Prokurorluğunun qərarının ləğv olunmasını istəyir.

Yaqublunun şikayətinə fevralın 10-da Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Tofiq Yaqublu Amerikanın Səsinə deyib ki, Səbail Rayon Prokurorluğunun gəldiyi nəticəyə görə o, özü-özünə xəsarət yetirib.

Tofiq Yaqublu Səbail Rayon Prokurorluğunun qərarının ləğv olunmasını istəyir
please wait

No media source currently available

0:00 0:01:38 0:00

Tofiq Yaqublu prokurorluğun dediklərini haqlı saymır. O hesab edir ki, onun döyülməsi siyasi fəaliyyəti ilə bağlıdır.

“Səbəb çox sadədir. Mənə qarşı edilmiş cinayət siyasi sifariş idi. Səbəbləri kifayət qədər aydındır. Müxalifəti susdurmaq, cəmiyyəti qorxutmaq, danışan dilləri baltalamaq. Göstərmək ki, biz hər şeyə qadirik. Biz hakimiyyəti qorumaq üçün istənilən cinayətə getmişik və gedəcəyik. Bunu açıq şəkildə büruzə verirlər. Təəssüf ki, hələ də dediklərini edirlər," o Amerikanın Səsinə deyib.

Siyasi fəal şikayətində bildirib ki, prokurorluğun qərarı qanunsuz və əsassızdır. Onun sözlərinə görə, obyektiv və hərtərəfli araşdırma aparılmadan, siyasi sifariş əsasında onun özünə xəsarət yetirməsi haqda absurd qərar çıxarılıb.

Tofiq Yaqublu hesab edir ki, bu cavabın özü onun işgəncəyə məruz qaldığını təsdiqləyən dəlillərin sıradan çıxarılmasının sübutudur.

Səbail Rayon Prokurorluğu Yaqublunun şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib.

Prokurorluq belə nəticəyə gəlib ki, onun döyülməsində cinayət tərkibi yoxdur.

Tofiq Yaqublunun saxlanılması və döyülməsi

Tofiq Yaqublu ötən ilin dekabrın 1-də Bakıda Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində (Bakıdan 60 kilometr qərb) tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Yaqublu bildirir ki, onu polislər döyüb.

Daxili İşlər naziri nə deyir?

Daxili İşlər naziri Vilayət Eyvazov Yaqublunu polislərin döyməsini istisna edib.

Nazirlə görüşdən sonra bu haqda açıqlama verən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, onlar Yaqublunun döyülməsi məsələsini müzakirə edəndə Eyvazov bunları deyib:

"Bildirdi ki, aksiyada saxlanılarkən və maşına mindirilərkən müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti yoxdur. Nazir dedi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Soruşduq ki, o zaman niyə bu hadisə ilə bağlı cinayət işi başlanmır? Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq".

Tofiq Yaqubluya təzyiqlər

Tofiq Yaqublu bundan öncə müxtəlif ittihamlarla bir neçə dəfə həbsdə olub. O, siyasi sifarişlə həbs edildiyini dəfələrlə deyib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı deyilənləri təkzib edir.

XS
SM
MD
LG