Accessibility links

Daha az amerikalının ibadət yerlərinə getməsi ilə kafelər boşluğu doldura bilərmi?


Kilsələr və digər ibadət evləri tarixən Amerika cəmiyyətində mühüm sosial və siyasi funksiyalar daşıyıb. Lakin indi dini xidmətlərə daha az adam qatılır, kilsələrin və digər ibadət evlərinin azalması potensial olaraq qəhvəxanalar tərəfindən doldurula biləcək bir boşluq təhlükəsi yaradır.

“Amerika tarixinin böyük bir hissəsi üçün kilsə həqiqətən vacib, onların yığıncaqları həqiqətən də mühüm olmuşdur, icmalarda birlik və bağlılığın təmin edilməsində qeyri-adi rol oynamışdır” -deyə, Amerika Həyatı üzrə Sorğu Mərkəzi və Amerika Müəssisə İnstitutunun direktoru Daniel Koks bildirib.

Koks deyir ki, kilsələr və digər ibadət evləri də immiqrantların Amerikaya gəlişindən sonra assimilyasiyaya kömək etməkdə rol oynayıb.

1999-cu ildə amerikalıların 70%-i kilsəyə, məscidə və ya sinaqoqa aid olduqlarını bildiriblər. 2020-ci ilə qədər bu rəqəm 47%-ə düşüb. 2019-cu ildə aparılan bir sorğu göstərib ki, hər 10 amerikalıdan yalnız üçü həftəlik dini mərasimlərdə iştirak edib.

Sosioloq Rey Oldenburq üçüncü yerlərin cəmiyyətin sosial varlığı üçün vacib olduğunu deyib. Amerika Sorğu Mərkəzinin 2021-ci ilin oktyabrında apardığı sorğu göstərib ki, qəhvəxanalar kimi ticarət məkanları Amerika icmalarında inam və əlaqə yaradır və kilsələrin yaratdığı boşluğu doldurmağa kömək edir.

Keçmişdə kilsələr və digər ibadət evləri bir çox amerikalı üçün ev və işdən sonra üçüncü yer olub. 2019-cu ildə sorğuda iştirak edən insanların 67%-i üçüncü yerə sahib olduqlarını deyib. Onların icmalarında müntəzəm olaraq ziyarət etdikləri qəhvə mağazası, bar, restoran, park və ya başqa yerlər olub. Bu rəqəm 2021-ci ildə 56%-ə düşüb. Bu, COVID-19 pandemiyasından da təsirlənib.

Koks deyir: “Bizim aşkar etdiyimiz o oldu ki, üçüncü yeri tutan insanlar öz icmalarına daha çox bağlıdır. Onların orada başqa fəaliyyətlərlə məşğul olma ehtimalı daha yüksəkdir. Onlar qonşularına daha çox güvənirlər. Üçüncü yerə sahib olmaqla bağlı çoxlu müsbət sosial nəticələr var... və bir çox amerikalı üçün bu, qəhvə mağazası və ya kafedir. Qəhvəxanaların onların xeyrinə olan cəhəti odur ki, onları demək olar ki, hər yerdə, ölkənin hər yerində tapmaq olar. Və bir çox kafe həftənin əksər günləri açıqdır. ”

Koks deyir ki, hətta qısa qəhvəxana görüşləri də aidiyyət hissini artıra bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG