Accessibility links

İndoneziyada avtobusun qəzaya uğraması azı 13 nəfərin ölümünə səbəb olub


İndoneziyanın Yava adasında zavod işçilərini istirahət etmək üçün çimərliyə aparan tur avtobusunun qəzaya uğraması nəticəsində azı 13 nəfər ölüb, onlarla insan yaralanıb.

Polis nümayəndələrinin bazar günü axşam saatlarında bildirdiyinə görə, Mərkəzi Yavnın Sukoharjo şəhərindən qonşu Yoqyakarta vilayətinə ailə yığıncağına gedən 47 sərnişini daşıyan avtobusun sürücüsü enişdə idarəetməni itirib.

"Şahidlər sürücünün sürəti idarə etməyə çalışarkən panikaya düşdüyünü gördüklərini deyib, buna görə də əyləcin işləmədiyi və ya nasaz olduğuna dair işarələr var" - deyə, bir çox indoneziyalı kimi yalnız adını söyləyən Bantul rayon polis rəisi İhsan mediaya bildirib.

270 milyon əhalisi olan bu arxipelaq ölkəsində nəqliyyat vasitələrinin çox vaxt köhnə olduğu və ya təmir olunmadığı və yol qaydalarına riayət edilmədiyinə görə ölümcül yol qəzaları tez-tez baş verir.

"13 nəfər ölüb. Bəziləri hadisə yerində, digərləri isə xəstəxanada dünyasını dəyişib, 34 nəfər isə yaralanıb" - deyən İhsan, yaralıların yaxınlıqdakı üç xəstəxanaya aparıldığını bildirib.

Aşaraq yolun kənarına çırpılan avtobusun ön hissəsinin dağılması və sağ tərəfə ciddi ziyan dəyməsi nəticəsində sürücü də həlak olanlar arasında olub.

Polis rəisinin sözlərinə görə, bir neçə sərnişin kəllə-beyin travması alıb və yaralananlar arasında üç körpə də olub.

İhsanın dediyinə görə, qəzadan bir müddət əvvəl yoxuşa çıxmaqda çətinlik çəkdiyi üçün sərnişinlərdən müvəqqəti olaraq avtobusdan çıxması istənilib.

Keçən ilin mart ayında Qərbi Yava vilayətinin Samedanq şəhərində onlarla zəvvarın olduğu avtobusun dərəyə aşması nəticəsində 29 nəfər həlak olmuşdu.

2019-cu ilin sonlarında Sumatra adasında avtobusun dərəyə aşması nəticəsində isə azı 35 nəfər həlak olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG