Accessibility links

Avropa ölkələri Rusiyadan gələn qaz axınının kəsilməsinin təsirlərindən narahatdır


Avropa ölkələri Rusiyadan gələn qaz axınının kəsilməsinin təsirlərindən narahatdır
please wait

No media source currently available

0:00 0:03:54 0:00

Avropa ölkələri Rusiyadan gələn qaz axınının kəsilməsinin təsirlərindən narahatdır

Rusiya və Ukrayna arasında gərginliyin durmadan güclənməsi ilə Avropa ölkələri Rusiyadan gələn qaz axınına təsir edəcəyindən narahatdırlar.

Fransa, Polşa, Almaniya və İtaliya kimi Avropa ölkələrinə verilən təbii qazın təxminən 40 faizi Rusiyadan gəlir. Qərb dövlətləri Rusiyanın Ukrayna üzərindən Avropaya gedən qaz axınını pozmaq üçün bəhanə yaradacağından narahatdırlar.

“Mənim gözlədiyim bəzi yerli insidentlər ola bilər ki, bu da Ukrayna boru kəmərinə hücum ola bilər. Həm də bu, Rusiyaya uzunmüddətli müqavilədən, ötürmə müqaviləsindən çıxmaq üçün bəhanə olacaq” - deyə, Müstəqil Əmtəə Kəşfiyyat Xidmətlərindən Aura Sabadus bildirib.

ABŞ Rusiyanın hücum təşkil və ondan Ukraynanı işğal etmək üçün səbəb kimi istifadə etmək planının olduğunu iddia edib. Rusiya ittihamı qəti şəkildə rədd edib.

Ekspertlər Rusiyanın enerji təchizatından Avropanı parçalamaq üçün rıçaq kimi istifadə etməyi planlaşdırdığından şübhələnir. Onlar Rusiyanın “Şimal axını 2” qaz kəməri ilə bağlı Avropada fikir ayrılığına işarə edir.

Kəmər Baltik dənizinin altından Rusiyadan Almaniyaya qədər uzanır. Layihə başa çatdırılsa da, Almaniya və Avropa İttifaqı tənzimləyicilərin təsdiqini almayıb.

ABŞ dövlət katibinin köməkçisinin keçmiş müavini Debra Keyqan deyir ki, Rusiyanın strategiyası aydındır.

“Onlar bundan açıq-aydın Avropanı təhdid etmək üçün siyasi silah kimi istifadə edirlər və xüsusilə Şimal axını 2-nin təsdiqində rolu ola biləcəyinə inandıqları ölkələri təhdid edirlər. Beləliklə, Rusiyanın əsas məqsədi Avropa İttifaqının Rusiyaya nəinki qazı təmin etmək, həm də boru kəmərlərinə sahib olmaq, təzyiq növünə və bu kəmərlərdən keçən qazın miqdarına sahib olmaq imkanı vermək üçün antiinhisar qaydalarını dəyişdirməsinə nail olmaqdır”.

ABŞ və Avropa Rusiyaya Ukraynaya qarşı təcavüzünün nəticələri barədə xəbərdarlıq edib və Ukraynada istənilən hərbi əməliyyata görə sanksiyaların “Şimal axını 2” layihəsini əhatə edəcəyini bildirib.

“Şimal axını 2-yə gəlincə, biz alman müttəfiqlərimizlə çox güclü və aydın danışıqlarımızı davam etdiririk və mən bu gün sizinlə aydın olmaq istəyirəm - Rusiya Ukraynaya bu və ya digər şəkildə müdaxilə etsə, “Şimal axını 2” irəliləməyəcək” , ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

Avropaya potensial qaz böhranının öhdəsindən gəlməyə kömək etmək üçün Birləşmiş Ştatlar Qətər və digər enerji hasil edən dövlətlərə Rusiyanın qaz kəmərini kəsəcəyi təqdirdə Avropaya qaz verilməsi ilə bağlı müraciət edib.

Beynəlxalq Enerji Agentliyi bildirir ki, 2021-ci ilin son rübündə ABŞ-ın Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracı keçənilki göstəricidən 40 faiz artıb.

Lakin ekspertlər deyir ki, bu, qısa müddətdə Rusiyanın LNG itkisini tam ödəyə bilməyəcək.

“Yanvar ayında Avropaya LNG idxalı demək olar ki, rekord səviyyədə olub və bunların yarısı əslində ABŞ-dan olub” - deyə, Müstəqil Əmtəə Kəşfiyyat Xidmətlərindən Aura Sabadus bildirib.

Debra Keyqan hesab edir ki, Rusiya tədarükünün kəsilməsinin birbaşa təsiri olmayacaq.

“Birləşmiş Ştatlar Avropaya Rusiya qazını kəsməyi əmr edərkən ABŞ-a ayda təxminən 18 milyon barel Rusiya nefti idxal edilir…”

Öz növbəsində, Avropa ölkələri Rusiya qazından asılılığını əvəz etmək üçün alternativ enerji mənbələri axtarmaqdaa davam edəcəklərini bildirirlər.

XS
SM
MD
LG