Accessibility links

ABŞ Azərbaycanın erməni hərbçilərini təhvil verməsini alqışlayır


ABŞ Dövlət Departamenti

“Biz Azərbaycanın saxlanılan erməni hərbçiləri təhvil verməsini alqışlayırıq”.

Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun "Twitter" hesabında paylaşımında deyilir.

"Bütün qalan saxlanılan şəxslərin qaytarılmasına və itkin düşmüş şəxslərin, o cümlədən 1990-cı illərdən etibarən itkin düşənlərin tam qeydiyyatının aparılmasına yardım səyləri regionda möhkəm sülh üçün həlledici əhəmiyyətə malikdir," deyə tvitdə qeyd edilir.

Azərbaycan fevralın 7-də səkkiz erməni hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Bu barədə Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının məlumatında bilidirilir.

Komissiyanın verdiyi məlumata görə, qaytarılan şəxslərin bir qismi 2021-ci ilin noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində saxlanılan hərbi qulluqçulardır.

“Bu addımın əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi, mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı verməlidir".

Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumatında Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşü xatırladıb.

Öz növbəsində, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsinə münasibət bildirib.

Prezidenti Şarl Mişel “Twitter”də bildirib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra müsbət irəliləyişlərin daha bir göstəricisidir.

Həmçinin Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın erməni hərbçilərini təhvil verməsini alqışlayır.

O qeyd edib ki, bu, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında keçirilən dördtərəfli görüşdən sonra mühüm humanitar jestdir.

Fransa Prezidenti Emmanuel Makron da Azərbaycanın addımına münasibət bildirib.

Bu barədə Fransanın prezidenti twiterdə yazıb.

“8 erməni hərbçisi Azərbaycan tərəfindən azad edilərək Bakıdan İrəvana aparılıb. Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu işdə səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəli gediri!”, o qeyd edib.

NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsinə münasibət bildirib

O, öz Twitter hesabındə bunları bildirib:

“Həqiqətən də yaxşı xəbərdir.NATO həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir. NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdardır. Bu, regionda sabitliyin və rifahın artmasına töhfə verəcək”.

Azərbaycan dekabrın 19-da 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Azərbaycan bundan öncə dekabrın 4-də 10 nəfər hərbçini erməni tərəfinə verib. Ermənistan tərəfi sonradan həmin hərbçilərin dördünü həbs edib, altısına qarşı ittiham irəli sürüb.

Azərbaycan prezidenti bildirib ki, Qarabağ müharibəsindən sonra Bakıda saxlanılan 100-dən çox erməni hərbçi Yerevana təhvil verilib.

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında birgə görüş keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Rusiya məktəbində 11-i uşaq olmaqla, 15 nəfər qətlə yetirilib
please wait

No media source currently available

0:00 0:13:09 0:00
XS
SM
MD
LG