Accessibility links

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı artmaqda davam edir


Koronavirus
Koronavirus

Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqda davam edir. Mütəxəssislər hecab edir ki, hazırki epidemioloji vəziyyət qış və yaz fəsillərinin növbələşməsinə qədər davam edəcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada koronavirus (COVID-19) infeksiyasına 7 032 yeni yoluxma faktı qeydə alınıb, 5 285 nəfər müalicə olunaraq sağalıb, 22 vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 710 366 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 653 797 nəfər müalicə olunaraq sağalıb, 8 920 nəfər vəfat edib, aktiv xəstə sayı 47 649 nəfərdir.

Ölkədə son sutka ərzində 17 889, hazırkı dövrədək isə 6 296 788 test aparılıb.

Mütəxəssislər koronavirus xəstələrinin sayının kəskin artmasını omikron ştamının yayılması ilə əlaqəndirir.

Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 218 min 555, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 248 min 382, ikinci mərhələ üzrə 4 milyon 752 min 395, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 217 min 781-dir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Tibb elmləri doktoru Musa Qəniyev deyib ki, ölkədə müşahidə edilən hazırkı epidemioloji vəziyyət yalnız “omikron” ştamı ilə əlaqəli deyil.

“Hazırkı vəziyyət fəsli viral infeksiyaların simbioz yaşamına xidmət edən tənzim mexanizminin pozulmasının nəticəsi kimi meydana çıxıb. Hesab edirəm ki, ölkədəki mövcud epidemioloji vəziyyət qışla yazın fəsli növbələşmə tarixinə qədər davam edəcək. Sadəcə olaraq, vətəndaşlar yalnız COVID-19-dan deyil, bütün xəstəliklərdən qorunmalıdırlar. Nəzərə almaq lazımdır ki, koronavirusun hazırda geniş yayılmış dominant ştamı “omikron”dur. Həmin mutant variantın yoluxduruculuq xüsusiyyəti yüksək, lakin patogenlik və letallığı qat-qat zəifdir. “Omikron”un yoluxduruculuğunun yüksək olduğunu da nəzərə alaraq vətəndaşlar kütləvi toplaşmalardan mümkün qədər uzaq durmalıdırlar. Onlar gigiyenik qaydalara əməl etməli və tibbi maska taxmalıdırlar,” Qəniyev qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG