Accessibility links

Baydenin müşaviri Erik Lander işçiləri təhqir etdiyi ilə bağlı şikayətlərdən sonra istefa verib


ABŞ prezidenti Co Baydenin baş elmi müşavirinin işçiləri təhqir etdiyi və alçaltdığı ilə bağlı iddiaların üzə çıxmasından sonra o, bazar ertəsi istefa verib.

Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru vəzifəsini icra edən Erik Landerin tabeliyində olanlar onun işçilərlə rəftarından şikayət etdikdən sonra daxili araşdırma aparılıb. Araşdırma ilk dəfə bazar ertəsi Politico-da dərc edilib və Ağ Evin mətbuat katibi Cen Psaki tərəfindən təsdiqlənib.

"Keçmiş və hazırkı həmkarlarımı onlarla danışdığım şəkildə onları narahat etdiyim üçün məyus oldum" - deyə, Lander Baydenə istefafı ilə bağlı yazdığı ərizəsində bildirib.

O, “kobud və tənqidi” ifadələri ilə özünü və həmkarlarını pis vəziyyətə saldığını qeyd edərək, “istifadə etdiyim sözlər və dediklərimin tərzi bəzən sərhədi keçərək, hörmətsizlik və alçaldıcı olub” deyə, etiraf edib.

Bayden administrasiyasının işçiləri arasında hər hansı bir hörmətsizliklə bağlı sərt mövqe tutacağı və sələfi Donald Trampın istehzalı ritorika səhifəsini çevirəcəyi vədi ilə vəzifəsinin icrasına başlayıb və Landerə qarşı iddialar böyük narazılıq doğurub.

"Əgər siz mənimlə işləyirsinizsə və nə vaxtsa başqa bir həmkarınıza hörmətsizlik, kobudluq etdiyinizi eşidərəmsə, sizə söz verirəm ki, sizi yerindəcə işdən çıxaracağam, "əgər" və "ammas"ı yoxdur"- deyə, Bayden administrasiyasına qəbul etdiyi işçilərin andiçmə mərasimində bildirib.

Bazar ertəsi axşam Psaki xərçəng xəstəliyi, iqlim dəyişikliyi və koronavirus pandemiyası ilə mübarizədə rolunu əsas gətirərək, Baydenin Landerin istefa məktubunu "minnətdarlıqla" qəbul etdiyini deyib.

Lander bildirib ki, onun istefası fevralın 18-dən gec olmayaraq qüvvəyə minməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG