Accessibility links

Azərbaycanda son gündə 7779 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb


Son vaxtlar Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqda davam edir. Mütəxəssislər hecab edir ki, hazırki epidemioloji vəziyyət qış və yaz fəsillərinin növbələşməsinə qədər davam edəcək.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 7779 yeni yoluxma faktı qeydə alınıb, 6315 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 718 145 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 660 112 nəfər müalicə olunaraq sağalıb, 8 948 nəfər vəfat edib, aktiv xəstə sayı 49 085 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 314, ötən müddət ərzində isə ümumilikdə 6 316 102 test aparılıb.

Öz növbəsində Səhiyyə Nazirliyi əhaliyə "Buster" doza vurdurmağa çağırıb. Nazirlik hesab edir ki, COVID-19-la mübarizənin ən düzgün yolu vaksinasiyadır.

Tibb elmləri doktoru Musa Qəniyev deyib ki, ölkədə müşahidə edilən hazırkı epidemioloji vəziyyət yalnız “omikron” ştamı ilə əlaqəli deyil.

“Hazırkı vəziyyət fəsli viral infeksiyaların simbioz yaşamına xidmət edən tənzim mexanizminin pozulmasının nəticəsi kimi meydana çıxıb. Hesab edirəm ki, ölkədəki mövcud epidemioloji vəziyyət qışla yazın fəsli növbələşmə tarixinə qədər davam edəcək. Sadəcə olaraq, vətəndaşlar yalnız COVID-19-dan deyil, bütün xəstəliklərdən qorunmalıdırlar. Nəzərə almaq lazımdır ki, koronavirusun hazırda geniş yayılmış dominant ştamı “omikron”dur. Həmin mutant variantın yoluxduruculuq xüsusiyyəti yüksək, lakin patogenlik və letallığı qat-qat zəifdir. “Omikron”un yoluxduruculuğunun yüksək olduğunu da nəzərə alaraq vətəndaşlar kütləvi toplaşmalardan mümkün qədər uzaq durmalıdırlar. Onlar gigiyenik qaydalara əməl etməli və tibbi maska taxmalıdırlar,” Qəniyev qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG