Accessibility links

Ukrayna-Rusiya böhranında son durum


Rusiya və Ukrayna münaqişəsində son hadisələr:

* ABŞ Dövlət Katibi Antoni Blinken Rusiya-Ukrayna böhranının diplomatik yollarla həll olunmasının “tərcih olunan, məsul kurs” olduğunu bildirib. Eyni zamanda ABŞ-ın “Rusiyanı aqressiv addımlar atmaqdan çəkindirmək üçün güclü əngəllər yaratdığını” söyləyib. ”

* Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq sonuncu Qərb diplomatıdır. O, Rusiyanın aqressiyasının "massiv nəticələrə səbəb olacağını" açıq şəkildə ifadə edəcəyini söyləyib.

* Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiya ilə vəziyyət hələ də gərgin olsa da, avropalı müttəfiqlərin səyləri gərginliyi azaltmağa kömək edib.

* Papa Fransis Vatikanda sadiq olanlara “Və unutmayaq, müharibə dəlilikdir” deyərək sülh çağırışı edib.

* Qərb Rusiyadan qoşunlarını və silahlarını Ukrayna sərhədindən çıxarmasını tələb edir, Moskva isə NATO-nun Şərqi və Mərkəzi Avropadakı əməliyyatlarını məhdudlaşdırmağa çalışır. Rusiya həmçinin bildirir ki, Qərb müdafiə alyansı Ukraynanın NATO-ya üzvlük cəhdini rədd etməlidir, Birləşmiş Ştatlar isə bunu “qeyri-mümkün” adlandırır.

XS
SM
MD
LG