Accessibility links

Blinken təhlükəsizlik məsələsini müzakirə etmək üçün Avstraliyadadır


ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü Avstraliyada təhlükəsizlik danışıqları ərəfəsində qlobal və regional problemlərin həlli üçün ittifaqların vacibliyini və Bayden administrasiyasının regiona sadiqliyini vurğulayıb.

“Bizim bildiyimiz bir şey var, istər iqlim, istər COVID, istərsə də inkişaf etməkdə olan texnologiyalar, bunların hamısı evdəki insanlara, Avstraliyadakı insanlara və bütün dünyayaya təsir edən məsələlərdir və bunların heç biri təklikdə həll edilə bilən məsələlər deyil. İndi bizim tərəfdaşlığa, ittifaqa, bu problemlərin həllinə öz səylərini, resurslarını və ağıllarını sərf etməyə hazır olan ölkələrin koalisiyalarına ehtiyacımız daha çoxdur” - deyə, Blinken cümə axşamı Melburnda ABŞ-ın Avstraliyadakı missiyasına bildirib.

Bundan əvvəl Blinken Melburn Universitetinin Hüquq Fakültəsində bio-tibbi məsələlərin müzakirəsində iştirak edib. Dəyirmi masa arxasında keçirilən müzakirədə qlobal əczaçılıq şirkətləri Moderna və Bristol-Myers Squibb-in rəsmiləri də iştirak edib.

Blinken qlobal peyvənd hədəflərini və "gələn dəfə" dünyanın daha yaxşı hazır olması üçün "daha güclü qlobal sağlamlıq təhlükəsizliyi sisteminə" ehtiyacı müzakirə edib.

Bu həftənin əvvəlində Avstraliya fevralın 21-dən etibarən peyvənd olunmuş beynəlxalq səyahətçilər üçün sərhədlərini yenidən açacağını bəyan edib. Bu addım COVID-19-un yayılmasına nəzarət səyləri çərçivəsində sərhədlərin bağlanmasından təxminən iki il sonra atılır.

Avstraliyanın pandemiyaya görə sərhədlərini bağlanması dünyanın ən sərt məhdudiyyətləri arasında idi.

Blinken Avstraliya və ABŞ-ın COVID-19-lə mübarizədə liderliyi birlikdə etdiklərini deyib.

Cümə günü Blinken Quad ölkələrinin - ABŞ, Avstraliya, Yaponiya və Hindistanın liderləri ilə görüşəcək.

Yığıncağa ev sahibliyi edəcək Avstraliyanın xarici işlər naziri Maris Peyn çərşənbə günü bildirib ki, bu toplantı Çinə regionda təhlükəsizliyin ABŞ üçün prioritet olaraq qaldığı mesajını verir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG